"Bryanska hücum edənləri ən sərt şəkildə cəzalandırmaq və ölümünə güllələmək lazımdır"


"Bu, Ukraynanın nasist və şeytan rejiminin bizə sırıdığı qaydasız savaşdır..."
Çeçenistan rəhbəri Ramzan Kadırov Bryansk vilayətinə hücum edən Ukrayna "diversantlarını" "terrorçu və şeytan" adlandırıb. O, Rusiyaya diversiyalara aid olan obyektlərə zərbələr endirilməsinə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "tsargrad.tv" nəşri məlumat yayıb.
 
"Mən neonasistlərdən yazanda onları təsadüfən şeytan adlandırmıram. Vaxtilə Çeçenistan Respublikasında fəaliyyət göstərən terrorçuları da mən belə adlandırmışam.  Onlarla Ukrayna nasistləri arasında mən fərq görmürəm. Onların iyrənc metodları çox oxşardır. 
 
Nəticədə bu gün Bryanskda baş verən hadisələrdən sonra bütün sağlam düşüncəli bəşəriyyət buna əmin olub. Sizi inandırıram ki, Qərb bunu pisləməyəcək, çünki bunlar açıq-aydın Qərbin terrorçu metodlarıdır", - Kadırov özünün Telegram-kanalında yazıb.
 
Onun sözlərinə görə, "Bryansk vilayətinə silahlı hücumun bütün iştirakçıları ilə ən sərt şəkildə, maksimal sərtlik və hətta qəddarlıqla haqq-hesab çəkmək lazımdır. Onları ölümünə güllələmək lazımdır. 
 
Təkcə onlarla deyil, onların Rusiya ərazisində yaşayan ailələləri ilə də məsələni aydınlaşdırmaq və onları məsuliyyətə cəlb etmək lazımdır. Onları hərtərəfli və əsaslı surətdə yoxlamaq lazımdır. Təcrübə göstərir ki, onların dəstəyi, razılığı olmadan belə terror aktları baş vermir".
 
"Terrorçuların nazı ilə oynamaq olmaz. Onların aradan çıxmasına yol vermək olmaz, onları yerindəcə cəzalandırmaq və həmişəlik zərərsizləşdirmək, sonradan isə Kiyevə qarşı cavab tədbirləri görmək lazımdır. Bu hücuma birbaşa və dolayısı ilə aidiyyəti olan bütün nöqtələri, sadəcə, bombalamaq lazımdır. 
 
Yaxınlıqda mülki obyektıərin ola biləcəyinə baxmaq lazım deyil. Əgər düşmən müdafiəsiz adamlarla belə davranırsa, biz də onların nazı ilə oynamamalıyıq. Bu, Ukraynanın şeytan rejiminin bizə sırıdığı qaydasız müharibədir", - Çeçenistan lideri qeyd edib.
 
Kadırov qeyd edib ki, "bəzi regonlarda indiki orta dərəcəli rejimin əvəzinə maksimal səviyyəli hərbi vəziyyət tətbiq edilməlidir. Bəli, yerli əhali üçün bu, narahatlıq yarada bilər, amma onlar təhlükəsiz şəraitdə olacaq. Bu, mənim fikrimdir, komandanlıq, əlbəttə, daha yaxşı bilir".
Tarix: 3-03-2023, 10:37
Xəbəri paylaş





Xəbər lenti