Milyarder Oleq Deripaska: Rusiya gələn il pulsuz qalacaq

Rusiyalı milyarder Oleq Deripaska Krasnoyarskda keçirilən iqtisadiyyat forumunda deyib ki, əgər Rusiyaya xarici investorlar gəlməsələr, ölkə artıq gələn il pulsuz qalacaq:
“Pulla bağlı artıq ciddi problemlər var. Ona görə də biznes yarpaq kimi əsir”.
Deripaska əlavə edib ki, “dost ölkələrdən” xarici investorların cəlb olunması və bazarın Asiyaya mümkün keçirilməsi üçün “qanunun aliliyi və müəyyənlik” son dərəcə mühümdür:
“Əgər biz hər hansı problemlərlə bağlı hər rübdə oyun qaydalarını dəyişsək, bizə heç kim inanmayacaq: nə rusiyalı, nə xarici investorlar”.
Milyarderin sözlərinə görə ölkədə iqtisadi vəziyyət “çox mürəkkəb və qeyri-müəyyəndir” və ən azı 2025-ci ilin ortalarınadək belə qalacaq.

“Belə incə məsələlər”

Deripaska çıxışında habelə məmurların və güc strukturları əməkdaşlarının sayını “üç-dörd dəfə” ixtisar etməyi təklif edib.
O bunların hazırkı sayının onsuz da “sanksiyaların ağır daşı” altında olan ölkəyə “ciddi yük” olduğunu bildirib.
Baza teleqram kanalı xəbər verir ki, çıxış vaxtı Deripaska ilə yanaşı oturan Krasnoyarsk qubernatoru “ixtisara hazır olduğunu” bildirib.
Amma o Deripaskaya məsləhət görüb ki, belə incə məsələləri belə açıq auditoriyada müzakirə etməsin.
Azadlıq radiosu
Tarix: 3-03-2023, 16:20
Xəbəri paylaş





Xəbər lenti