NATO generalından Rusiya ilə bağlı SENSASİON MƏLUMAT


 
Ukraynada genişmiqyaslı müharibə başlayandan Rusiyanın 200 000-dən çox əsgəri, 1800-dən çox zabiti öldürülüb və yaralanıb.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı general Kristofer Kavoli bildirib.
O, bu müharibənin miqyasının inanılmaz olduğunu vurğulayaraq Rusiyanın Ukraynaya hücumundan sonra NATO-nun yeni reallığa uyğunlaşmasının vacibliyini söyləyib.
Komandanın sözlərinə görə, Rusiya ordusu orta hesabla gündə 23 mindən çox artilleriya mərmisi atır: “Ruslar həmçinin 2000-dən çox əsas döyüş tankını itirib”.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə başlayandan bəri Rusiya 152 190 hərbçisini itirib.
Tarix: 4-03-2023, 16:39
Xəbəri paylaş





Xəbər lenti