Rusiya Kiyevdə uşaq xəstəxanasını vurdu – Xeyli sayda ölən var + FOTOLAR (Yenilənib)


Rusiya ordusu bazar ertəsi səhər saatlarında Ukraynaya çoxsaylı raket zərbələri endirib.
“AzPolitika” xəbər verir ki, nəticədə Kiyev və Krivoy Roq da daxil olmaqla bir neçə şəhərdə 20-dən çox insan həlak olub. 50 nəfəırə yaxın yaralı var.
Kiyevdə Oxmadit uşaq xəstəxanasının binalarından biri dağıdılıb. Burada ən azı 5 nəfərin həlak olması haqda məlumat var. Dağıntılar altında qalanların olduğu bildirilir
Raketlərin Xəzər dənizi üzərindən strateji bombardmançı təyyarələrdən atıldığı bildirilir. Bütün Ukraynada həyəcan siqnalları verilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun 40-dan çox raket atdığını bildirib.
Şəhər administrasiyasının məlumatına görə, vurulan raketlərin qalıqları Kiyevin bir neçə rayonuna, o cümlədən mərkəzinə düşüb. Bir neçə binaya ziyan dəyib, danğınlar var.

***
Rusiya ordusu bazar ertəsi səhər Ukraynaya raket zərbələri endirib. 
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı, media və teleqram kanalları məlumat yayıb.
Raketlərin Xəzər dənizindən strateji bombardmançı təyyarələr tərəfindən atıldığı bildirilir. Bütün Ukraynada həyəcan təbili çalınıb. Kiyevdə partlayış səsləri eşidilib və səlahiyyətlilər hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildiriblər. Həmçinin, təsdiqlənməmiş məlumatlara görə, ballistik raketlər də buraxılıb.
Kiyevin meri Vitali Kliçko şəhərin Solomenski rayonunda itkilər barədə məlumat verib. Hələlik təfərrüatlar yoxdur. Partlayışlar Ukraynanın mərkəzi hissəsindəki Kropivnitski və Krivoy Roqda da qeydə alınıb.
İddialara görə, gecə Ukrayna hərbçiləri ölkəyə atılan 6 raketdən üçünü vura bilib.Rusiya hələlik şərh verilməyib.







 
Tarix: 8-07-2024, 15:31
Xəbəri paylaş





Xəbər lenti