Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 2 min işçisinə maaş verilmir? - RƏSMİ AÇIQLAMA


Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 2 min işçisinə iki aydır, maaş verilmədiyi iddia olunur. 
 
Bu barədə Pravda.az-a daxil olan məlumatda bildirilib ki, əməkhaqlarının verilməməsi səbəbindən fəhlələr BŞİH qarşısında aksiya keçirməyi planlaşdırırlar. 
 
Pravda.az Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanlayıb. 
 
Baş mühəndis Cavanşir Məmmədov deyib ki, məlumat tamamilə yanlışdır: “Əməkhaqları verilib. Heç bir narazılıq da yoxdur”. 
Tarix: 19-10-2024, 14:39
Xəbəri paylaş





Xəbər lenti