“Boz kardinal” aktivləşdi: “Oktyabrda böyük saxtakarlıq olacaq”



“İndiki Gürcüstanda əsas siyasi parçalanma “Gürcü arzusu” ilə keçmiş “Gürcü arzusu” arasındadır”.
Globalinfo.az xəbər verir ki, bunu Bidzina İvanişvilinin keçmiş müşaviri olan amerikalı polittexnoloq Linkoln Mitçel Azadlıq Radiosuna müsahibəsində deyib.
“”Gürcü arzusu”nda kimlər demokratik qüvvə, xeyir mələyi sayılırdısa, çoxu partiyadan sıxışıdırılıb çıxarılıb. Adlar da çəkə bilərik. Bunlar İrakli Alazaniya, Tina Xidaşeli, David Usupaşvili, Tedo Çaparidzedir. İlkin “Gürcü arzusu”nun simaları sadəcə yoxdur. Çox uzun müddət hakimiyyətdə qalan bir çox rejimlər kimi, son nəticədə əsas liderdən asılıb qalan adamların hakimiyyəti ilə üz-üzə qalırsan. Bu halda əsas lider Bidzina İvanişvilidir” – deyə o bildirib.
O deyib ki, oktyabrda bu ölkədə keçiriləcək parlament seçkisində ciddi saxtakarlığa yol verilə bilər:
“Gürcü Arzusunun saxtakarlıqsız da qazana biləcəyini düşünsəm də, bu, məncə, baş verməyəcək. Düşünürəm ki, onlar daha böyük çoxluq istəyirlər. Seçkidən öncə qüvvəyə minəcək “xarici agent” qanunu, mənə görə, azad və ədalətli seçkilərə zərbədir. Heç anlamıram ki, müstəqil, qeyri-hökumət təşkilatlarına hücumu qanuna çevirdiyin halda necə azad və ədalətli seçkilər keçirə bilərsən”.
Tarix: 10-07-2024, 15:44
Xəbəri paylaş





Xəbər lenti