"Aİ-nin tamhüquqlu üzvü olmaq üçün real fürsət görsək, bu anı qaçırmayacağıq”


Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 18-də Dünya Erməniləri Sammitində çıxışı zamanı ölkəsinin Avropa İttifaqına (Aİ) üzv olmaq ehtimalından danışıb.
O deyib ki, Avropa İttifaqına üzv olmaq üçün Ermənistanın rəsmi siyasi kurs qəbul edib-etməməsi məsələsi siyasi gündəmin ayrılmaz hissəsidir.
“Burada biz başa düşməliyik ki, bu, təktərəfli və hətta ikitərəfli bir hərəkət deyil. Məhz burada biz problemləri formalaşdırarkən çox diqqətli olmalıyıq ki, bu problemlərin həlli yolunda xalqımız yenidən məyus olmasın. Mən heç vaxt gizlətməmişəm ki, sonda Ermənistanın Avropa İttifaqına qoşulmasını fiziki olaraq təsəvvür etməliyik. Burada Gürcüstan-Aİ münasibətləri, nəyin necə baş verəcəyi, Türkiyə-Aİ münasibətlərinin necə inkişaf edəcəyi və bu kontekstdə Ermənistan-Türkiyə münasibətlərinin necə inkişaf edəcəyi də çox önəmlidir”, - deyə Paşinyan bildirib.
O qeyd edib ki, demokratiya Ermənistanı Avropa İttifaqı, ABŞ və Qərb tərəfdaşları ilə yaxınlaşdıracaq bir strategiyadır. 
“Digər tərəfdən, biz demokratiyamızı regionumuzla, regional siyasətimizlə müqayisə etməməliyik və edə bilmərik. Avropa İttifaqı ilə əlaqələrimizə dair atacağımız əlavə addımlar şəffaf olmalıdır. Eyni zamanda, Aİ-dəki tərəfdaşlarımızın niyyətləri də şəffaf olmalıdır. İstisna edə bilmərəm ki, Aİ-nin tamhüquqlu üzvü olmaq üçün az-çox real fürsət görsək, o cümlədən bu yolda yarana biləcək təhlükələri idarəolunan səviyyədə saxlasaq, bu anı qaçırmayacağıq”, - Paşinyan əlavə edib.
Ermənistanın Baş naziri həmçinin əlavə edib ki, hazırda BRICS-ə inteqrasiya ölkə gündəliyində yoxdur.

AbzasMedia
Tarix: Dünən, 16:15
Xəbəri paylaş





Xəbər lenti