“AzerGold”da daha bir dəyişiklik - Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir?

bitmap-img6

İlqar Kənan oğlu Cəlilov “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü və sədrin müavini vəzifəsində təyin edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 17 sentyabr 2024-cü il tarixdə sərəncam imzalayıb.

Bununla da İdarə Heyəti bir sədr və iki üzvdən ibarət olacaq(Banker).

bitmap-img6

İlqar Cəlilov 08 iyun 1983-cü il tarixində Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olub.

2006-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutununda Riyaziyyat və informatika ixtisası üzrə bakalavr, 2015-2016-cı illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində Yer quruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə təhsil alıb.

2003-2004-cü illərdə “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri” layihəsinin operatoru olan “McDermott” şirkətində ilməçi-takelajçı vəzifəsində çalışıb.

2008-2010-cu illərdə “İntegris”, 2010-cu illərdə “Azerbaijan Development”, 2011 – 2013-cü illərdə isə ”BM Technologies” şirkətində Coğrafi informasiya sistemləri üzrə mühəndis vəzifəsində çalışıb.

2013-2015-ci illərdə ”Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində Elektron idarəetmə şöbəsinin müdiri, 2015-2016-cı illərdə isə Daxili nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

2016-2017-ci illərdə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində İnformasiya və kommunikasiya texnologiyaları təminatı, 2017-2021-ci illərdə isə Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.

2 aprel 2021-ci il tarixindən etibarən “Daşkəsən Dəmir Filizi” Məhdud Məsuliyyətli Cəmiyyətində Baş direktorun müavini vəzifəsinə təyin edilib.

29 iyun 2022-ci il tarixindən etibarən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

17 sentyabr 2024-ci ildən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü – sədrin müavini vəzifəsində çalışır.

Dia-az.İnfo xəbər verir ki, əslində İlqar Cəlilov “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin yeni sədri də hesab oluna bilər. Bu barədə mötəbər mənbə iddia edir. Mənbə onu da əlavə edir ki, qısa müddət ərzində "AzerGold" şefi Zakir İbrahimov görəvdən alınacaq. Onun yerinə isə İlqar Cəlilovun gətiriləcəyi şəkksizdir.
Tarix: Dünən, 17:34
Xəbəri paylaş





Xəbər lenti