Qazaxda icra başçısı Rəcəb Babaşovun apardığı GÜLÜNC KADR SİYASƏTİ nəyə əsaslanır?
Əməkdaşımız Qazax rayonunda aparılan kadr siyasətinin bərbad olduğu haqda şikayət məktubunun izi ilə Qazax rayonunda olub.
Onun gəldiyi qənaəti sizə təqdim edirik:
Lap orta məktəbdən yaxşı yadımızdadır: “Toplananların yerini dəyişəndə cəm dəyişmir” Elə bu günlərdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun siyasəti də buna oxşadı. Qeyd etdiyimiz kimi, bu günki göstərişi ilə işdən azad etdiyi, səhəri isə yerinə qaytarmaqla kadr məsələsində hiperbola xətti ilə hərəkəti üstün tutan başçı gülünc göstərişi ilə də yadda qalacaqdır. Əvvəlcə, məsələni açmamışdan qabaq bildirim ki, hamı icra başçısının siyasətinə mat-məəttəl qalıb. Hələ, bəlkə də Prezident İlham Əlievin başçı sarıdan belə kadrı olmayıb. Bir sözlə, bu şəxs rayonda kimin ağılı ilə işləməsi müəmmalıdır. O da bilməlidir ki, Qazaxın tarixində raykom katiblərindən tutmuş icra başçılarına kimi hərəsi bir təxəllüslə vətəninə qayıdıb. Yəni əgər rayon rəhbəri öz ağılı ilə işləmirsə demək birbaşa prezidentin kadrı hesab edilmir.
Mətləbə keçək. Qazax RİH-də çalışan, işini bilməyənlər Qazax şəhərindəki 6 uşaq bağçalarında olub, guya yoxlama işləri aparıblar. Nəticədə, bağça müdirlərinin işlərində səhlənkarlıq, əmək intizamını pozma, üstəlik yeyinti kimi nöqsanlar üzə çıxıb. Bəyənilməyən sovet dönmində həmin müdirlər ancaq ən azı işindən kənarlaşdırılırdı.(teref.info)Kimsə icra başçısının ağılına salıb ki, bağçadakı müdirləri işdən kənarlaşdırmaq yox, ancaq yerlərini dəyişmək lazımdır. Bəli, belə də olub. Redaksiyamıza verilən məlumata görə, Qazaxın mərkəzində, elə icra başsının iqamətgahının qabağında yerləşən 3 saylı uşaq bağçası-körpələr evinə müdirlik edən Nəzakət İsgəndərovanın yerinə Vəfa Əliyeva(1 saylı uşaq bağçasının müdirəsi), 6 saylıya Nəzakət İsgəndırova, 2 saylya Şəfiqə xanım (6 saylının müdirəsi), 1 saylıya Şahnabad xanım (Çinar Dibi dyilən yerdə müdirə), Şahnabad xanımın yerinə isə Səaylı xanım və sairə. təyin edilmişdir. Yəni yerdəyişmə aparılmışdır. Bu lap bir sıra güc orqanalarında aparılan yerdəyişməni xatırladı. Verilən məlumata görə, həmin yerdəyişmə 3 aylıqdır. Baş bilnənlər bu üsulu guya müdirlərin cəzalanması kimi düşünüblər.
İndi bu məsələyə ictimaiyyətin rəyi daha əsasdır: müdirlərin yerini dəyişməklə göstərilmiş nəticə dəyişəcək, ya yox?
Lalə Maqsud
Ümid edirik ki, Qazax rayon rəhbərliyi bu dəfə susqunluğunu pozaraq apardığı kadr siyasətinin nəyə əsaslanığı haqda açıqlama verəcək.
Rubrika.az
Tarix: 19-01-2017, 15:19