Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininrayon şöbəsinin rəisi Pərviz HüseynovvəYAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Yuxarı Qaradağlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Həmidov Fəqan Zahid oğlunun ailəsini ziyarət edib,onların problemləri və qayğıları ilə maraqlanıb. Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları zamanıtərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləriüçünşəhidvalideyinləriqarşısındabaşəydiyinibildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib. Qeyd edək ki, şəhid Fəqan Həmidov 1971-ci il mart ayının 27-də Tərtər rayonunun Qarağacı inzibati ərazi vahidinin Qaradağlı kəndində anadan olub.Qapanlıkənd8illikməktəbindəvə96nömrəliTexnikiPeşə Məktəbində təhsil almışdır. Texniki peşə təhsilini başa vurduqdan sonra öz kəndlərindəkolxozdasıravikoxozçuişləyirdi.1991-ciiliniyunayında keçmişSovetOrdususıralarınahəqiqihərbixidmətəgetmişdi.SSRİ dağıldıqdan sonra hərbi xidmətini yarımçıq qoyub doğma vətənə qayıdır və MilliOrdusıralarındaxidmətinidavametdirir.MilliOrdununtərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir.1992-ciilsentyabrayının19-dakeçmişAğdərərayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Subay idi. Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.