Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA

Naxçıvan Səhiyyə Nazirliyində həbslər -  Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir  İDDİA
Naxçıvan Səhiyyə Nazirliyində aparılan korrupsiya araşdımalarından sonra bir neçə yüksək vəzifəli şəxsin saxlanıldığı bildirilir. Onlar haqqında həbs-qətimkan tədbiri seçild gözlənilir. Bu haqda „Gündəlik Naxçıvan“a nazirlikdəki mənbələr məlumat verib. Məlumata görə, nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir. O, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti və Naxçıvan „Tibb Müəssisələrinin İdarəetmə Birli“yi ilə əlbir olub, milyonlarla manatı mənimsəməkdə ittiham olunur. Bu iki qurumun rəhbərlərinin də saxlanılanlar arasında olduğu bildirilir.
Mənbənin bildirdiyinə görə, noyabrın 20-də nazirlik əməkdaşları ilə birlikdə muxtar respublikadakı bütün xəstəxanaların direktor və vəzifəli şəxsləri yerli DTX-ya aparılıblar:
“Üç gündür ki, nazirlikdə yoxlamalar gedirdi. Bu gün müavinlər də daxil olmaqla bir neçə vəzifəli şəxsİ gəlib, DTX-ya apardılar. Bundan əlavə bütün xəstəxanaların rəhbərliyini DTX-ya yığıblar. Söhbət milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsindən, rüşvət hallarından gedir. Dindirildikdən sonra onların çoxunu sərbəst buraxıblar. Deyilənə görə, hədəfdə nazirdir. Agentliyin rəbhəri Vüsal Məmmədov və Tibbi Sığorta müridi Elnur İbrahimovun saxlanıldıqları dəqiqdir. Onlar nazirlə əlbir olub, milyonlala manatı mənimsəməkdə ittiham olunurlar. Digər saxlanılanlarla bağlı hələlik dəqi məlumat yoxdur deyə, ad çəkə bilmərəm”.
Səhiyyə əməkdaşları bu qurumdakı korrupsiya və rüşvət halları ilə bağlı „Gündəlik Naxçıvan“a zaman-zaaman məlumatlar veriblər. Onların məlumatına görə, əsas yeyintilərdən biri də büdcə kəsirlərini doldurmaq adı altında tibb işçilərinin maaşlarının mənimsənilməsidir.
Tarix: 21-11-2024, 15:58
Xəbəri paylaş





Xəbər lenti