Biləsuvarın icra başçısı "yuxarılara" necə kələk gəlir? - İTTİHAM VAR

Biləsuvarın icra başçısı "yuxarılara" necə kələk  gəlir? - İTTİHAM VAR Azərbaycan Respublikasının Prezidentinin göstərişlərinə əsasən ölkənin Mərkəzi Aran rayonlarında aparılan qeyri-neft sektoru ilə bağlı olaraq islahatlar öz nəticəsini verib. Artıq bir sıra rayonlarda xüsusilə strateji məhsul olan pambıq tədarükü ilə bağlı olaraq aparılan islahatlar da nəticəsini verib.

Tədarük statistikasına uyğun olaraq artıq bir sıra rayonlar Bakıya hesabatlarını veriblər. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən bəzi rayonlar var ki, onlar hələ də pambıq tədarükü üzrə müvafiq tapşırıqları yerinə yetirə bilməyiblər. Xatırlada bilərik ki, bir sıra rayonlarla yanaşı, Biləsuvardan da pambıq tədarükçüsü olan rayonların sahibkarları mediayaya müraciət edərək yerli rəhbər strukturlar tərəfindəişlərinə maneçilik törədildiyini bildiriblər.

İnformasiyalara əsasən Biləsuvar rayonunda pambıq tədarükü ilə bağlı olaraq ciddi problemlər yaşanıb. Hava şəraitinin pis olması səbəbindən tədarükün gözlənilən nəticələr verməməsi səbəbindən Biləsuvarın icra başçısı Mahir Quliyev Bakıya dəvət edilib. Mahir Quliyevin əsasən yerli sahibkarlarla bağlı olaraq yuxarıların tapışırıqlarını yerinə yetirməməsini müxtəlif səbəblərlə izah etməyə çalışıb . Hətta pambıq tadarükü ilə bağlı olaraq icra başçısı Mahir Quliyevin bəzi Pambıq Tədarükü Məntəqələrinin rəhbərlərini, bəzi rayon icra başçılarını günahlandırdıcı da söylənilir.

Gundeminfo.az-a daxil olan informasiyalara əsasən Mahir Quliyevə bəhanələrinin qarşılığında hər hansı bəraət verilməyib. Bundan sonra isə Biləsuvarın icra başçısı ötən ilin hesabatlarını yekunlaşdırmaq üçün xam pambıq axtarışına çıxıb. Mövzu ilə bağlı daha detallı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Tarix: 27-01-2017, 16:01
Xəbəri paylaş





Xəbər lenti