Prezident İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edərək, onlardan xalqla düzgün davranmaq, qanunlara riayət etmək, özbaşınalıqlara son qoymağı tələb edib. Eyni zamanda dövlət başçısı yerlərə icra başçısı göndərəndə bizdə olan məlumata görə hər birinə qəti tapşırıq verir ki, "vətəndaşlarla qanun çərçivəsində davranın, vəzifənizdən sui-istifadə edərək, onları incitməyin, yerlərdən mənə şikayət gəlməsin, siz xalqın qulluqçususunuz!" İcra başçıları talançılıqla məşğuldur Təəssüflər olsun ki, icra başçıları yerlərində vəzifə başına keçən kimi "islahatlara" başlayırlar. Kimininsə evini sökür, kiminsə obyektini uçururlar, abadlıq-quruculuq adı altında rayonlara ayrılan dövlət vəsaitini basıb yeyir, lüzumsuz kadr islahatları aparır, rayonda boşboğaz adamların sözü ilə oturub-dururlar. Bu bir həqiqətdir.
Qazaxın icra başçısı vətəndaşı intihar həddinə çatdırıb Dediklərimizə bariz nümunə kimi hazırda Qazaxda baş verən real hadisələri göstərmək olar. Daha dəqiqi, şəhər sakini, ciddi maddi sıxıntıları olan Salahov Şeyda Məhəd oğlunun başına gələnləri. Şeyda Salahov Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun əlindən intihar etmək qərarına gəlib. Cəmi 53 yaşı olan bu şəxs ailəlidir. Ağır ürək əməliyyatı keçirib. Necə deyərlər, o dünyanı görüb gəlib. Həyat yoldaşı Məmmədova Günay Yaşar qızı isə 5 dəfə bədəninin müxtəlif nahiyyələrindən ağır əməliyyat keçirib. Yəni Allahın mərməti sayəsindəsağ qalıb. Şeyda Salahovun vaxtilə müəllimə işləyən bacısı Salahova Nəzakət Məhəd qızı da qardaşının himayəsindədir. Nəzakət də sağalmaz xəstəlikdən əziyyət çəkir. Bunları deməkdə məqsəd budur ki, belə bir vəziyyətdə olmasına baxmayaraq, bu adam ağız açıb nə Prezidentdən, nə Mehriban xanımdan, nə də Qazax rayon Əhalinin Soisial Müdafəsi Mərkəzindən sosial yardım istəməyib. Lakin 2016-cı il may ayının 19-da Prezident tətəfindən Qazaxa icra başçısı göndərilmiş Rəcəb Babaşov ona və ailəsinə elə pislik edib ki, hələ də bu sarsıntıdan özünə gələ bilmir.
Rəcəb Babaşov rayon sakininin yeməkxanasını əlindən alıb Belə ki, Qazaxın sabiq icra başçısı cənab Rauf Hüseynov hələ 2006-cı ildə Qazax Rayon İcra Hakimiyyətinin ərazisində Şeyda Salahova 90 kv. metr torpaq sahəsi verib. Qazax bələdiyyəsinin sədri Oqtay Hüseynov isə tam qanuni sənədlərlə həmin torpaq sahəsini bu şəxsə satıb. Şeyda da banklardan kredit, tanışlardan borc götürərək, əlinin zəhməti ilə həmin sahədə yeməkxana binası tikdirib. Tikdirdiyi həmin obyektin istismar aktı da var. Yəni “kupça”dan savayı bütün sənədlər tam qanunauyğun şəkildədir. Bu minvalla Şeyda Salahov həmin yeməkxanadan 5-3 manat qazanıb ailəsini, öhdəsindəki xəstələri saxlayıb. Ancaq Rəcəb Babaşov rayona gələn gündən 10 gün sonra Salahovun obyektini əlindən alıb, özünə isə oralara hərlənməməyi tapşırıb. Üstəlik bildirib ki, “ona ayrı yerdən yer verəcək”. Guya yeməkxananın yerinə isə Qazaxda çıxan “Göyəzən” qəzetinin redaksiyası köçəcək.
İcra başçısının hədə-qorxusu İcra başçısı dediklərinə əməl etməyəcəyi təqdirdə, Şeyda Salahovu həbs etdirəcəyini bildirib. Şeyda isə tək adamdır, qorxusundan hələlik susmağı üstün tutub. Düşünüb ki, ola bilər, icra başçısına haqqında səhv məlumat veriblər, Babaşovun özü də sahibkardır, yəqin, onun obyektinin sənədlərini araşdırar, haqqı görərək yeməkxananı ona qaytarar.
Sən saydığını say, gör Bababşov nə sayır... Şeyda Salahov yeməkxanasının qaytarılacağı ümidi ilə yaşasada, bir də görüb ki, onun yeməkxanasını Qazax RİH başçısının müavini Gülayə Həsənovanın yaxın qohumu işlədir. Artıq heç kim bu hala dözmədiyi kimi, Şeyda da dözmür. Fikirləşir ki, başçının bu hərəkəti tam qanunsuzdur. Gözü baxa-baxa qanuni mülkiyyəti əlindən alınıb, yad bir adama verilib. Şeyda Salahov düşünüür ki, Prezident İlham Əliyev, Rəcəb Babaşovu qazaxlılara və ona zülm etməyəmi göndərib? Şeyda xırda sahibkarlıqla məşğul olub ailəsini, xəstələrini yaşatmalı olduğu halda, nə üçün onun obyekti əlindən alınıb yad bir adam verilir? Hər gün həmin obyektindən 5-10 manat qazanıb yeməyinə, iynə-dərmanına xərcləyən Salahov indi neynəməlidir? Kiminsə qapısına gedib dilənməlidir? Bunu Allaht-təala necə götürür? Başçı elinin, obasını qayğısına qalar, kimsəsizlərə, xəstələrə kömək edər, mənəvi dayaq olar, lakin bir xəstə ailəni çölə atmaz! Bu necə soyunqanlılıqdır? Qərəz, Rəcəb Babaşovun reketçiliyinə məruz qalan Şeyda Salahov düz 9 aydır ki, qara qəpik üzünə həsrətdir. Allahın ümidi ilə yaşayır. Bəlkə əlaqədar qurumlar, xeyirxah, həqiqəti sevən insanlar Şeyda Salahova yardımçı olarlar.
İcra başçısından prezidentə şikayət Zərərçəkən Şeyda Salahov haqqının müdafiəsi üçün Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya yazılı müraciət edib. Onu sıxan əsas məsələlərdən biri Qazax RİH-in başçısı Rəcəb Babaşovun Prezidentin tapşırıqlarına əməl etməməsi, xırda sahibkarlıqla məşğul olan bir fəqiri günahsız incitməsidir. Şeyda Salahovun əlindəki sənədlər onu da açıq-aydın göstərir ki, obyektin binası da, altındakı torpaq da qanuni şəkildə bu insana məxsusdur. Bəs onda Rəcəb Babaşovun marağı nədir? Kim Babaşovu bu cür ağır günah işlətməyə məcbur edib? Dinə, imana hörmət bəslədiyi deyiən icra başçı niyə vətəndaşa qarşı belə qərəzli davranır? Ümid edirik ki, bu yazıdan sonra icra başçısı yuxarıda qeyd olunan suallara aydınlıq gətirəcək. Bəri başdan bildirik ki, onun mövqeyini işıqlandırmağa hazırıq.
Tarix: 31-01-2017, 15:11