'Payıbəlli və meşə torpaqları mənimsənilir'
Lənkəran rayonun Bürcəli kənd sakini Heybət Hüseynov deyir ki, onların payıbəlli və meşə torpaqları kənar adamlara həyətyanı sahə kimi satılır. Onun bildirməsinə görə, kəndin ətrafında 800-dən çox nadir ağac qırıblar:
“Bürcəli kəndi Xanbulan bələdiyyəsinə daxildir.Hər iki kəndin ərazisi dağ yamaclarında yerləşir. Səfalı yerlərdir.Bu yerlərə baş çəkən imkanlı adamlar, torpaq alıb ev tikmək istəyirlər. Həyətyanı sahələr tükənib.İndi də “daraşıblar” əkin sahələrinə. Əkin sahələrini həyətyanı sahə kimi sənədləşdirib satırlar. ”“Burda torpaqların qiyməti Bakıdan geri qalmır ”.Kənd sakinin deməsinə görə, torpaqların qanunsuz satılmasında böyük bir dəstə fəaliyyət göstərir:
“Burda torpaqların qiyməti Bakıdan geri qalmır. Ağaclar qırılır. Bir neçə il bundan əvvəl kəndin ətarafı meşəlik idi.İndi çox az ağac qalıb. Dağ yamacları çılpaqlaşır. Bu da torpaq sürüşməsinə səbəb olur... ”
Prezidentə 10 məktub yazmışam
Heybət Hüseynov deyir ki, bu vəziyyətlə bağlı təkcə ölkə prezidentinə 10 məktub yazıb:“O məktublar müxtəlif təşkilatlara yollayırlar.Onlar da mənə gülməli cavablar göndərirlər. Ekologiya və Təbii Sərvətlər nazirliyinə, Əmlak MəsələləriDövlət Komitəsinə, Baş Prokurorluğa və digər orqanlara müraciət etmişəm.Şikayətim əldən-ələ ötürülür...”
Şikayət məktubları və bəzilərinə gələn cavablarHeybət Hüseynov 3 təşkilatdan ona cavab məktubu gəldiyini deyir. Cavab məktubların heç biri onu qane etmir:
“ Hərəsi o birinə müraciət etməyi tövsiyə edir ”
Onun deməsinə görə, Ekologiya və Təbii Sərvətlər nazirliyi cavab verib ki, bu məsələ onlara aid deyil. Şikayət məktubu tədbir görülməsindən ötrüƏmlak Məsələləri Dövlət KomitəsiKadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə göndərilib.
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqlarıın Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyi isə belə bir cavab yazıb:
Tədbirlər görülür...“Müraciətdə qeyd olunan məsələləri Əmlak Məsələləri Dövlət Komitəsinin 9 saylı Ərazi şöbəsinin mütəxəssisləri araşdırıb. Məlum olub ki, torpaq islahatından əvvəlki illərdə qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evləri tikilib. Hal-hazırda isə torpaqların təyinatdan kənar istifadəsi hallarının qarşısının alınması istiqamətində qanunamüvafiq tədbirlər görülür.”
Heç bir tədbir görülmür...
Kənd sakini isə deyir ki, heç bir tədbir görülmür .Əkin sahələrini və meşə zolaqlarının satılması halları yaxın illərdə baş verib və bu gün də davam edir. Onun dediyinə görə, bütün bu qanunsuzluqları kənd bələdiyyəsinin əli ilə həyata keçirdirlər.
İcra nümayəndəsi: “ Şikayət təsdiqini tapmadı”
Xanbulan bələdiyyəsinin sədri Kazım Məmmədov-u yerində tapa bilmədik. Bələdiyyə sədrinin müavini Rafiq Ağayev də xəstə olduğunu və suallara cavab verə bilməyəcəyini bildirdi.
Xanbulan kənd icra nümayəndəsi Faiq Köçəriyev isə deyir ki, şikayətlər əsasında yoxlama aparılıb:
“Bələdiyyə sədri xəstədir, müalicə olunur. Kənd sakinin şikayəti ilə bağlı komissiya yaradılmışdı. Ərazidə yoxlama aparılıb. Lakin şikayətlər təsdiqin tapmayıb ”
Criminal.az
Tarix: 4-02-2017, 20:57