Samir Şərifovun “qoç”u dəstələri
10saylı Regional Maliyyə İdarəsinin müffəttişləri o qədər harınlayıblar ki, hətta adam döyməkdən belə çəkinmirlər.
10 saylı Regional Maliyyə İdarəsinin müffəttişi Natiq Əliyev «Sonolay.org» saytının başredaktoru Ramin Məhəmmədoğluna xəsarət yetirib.
Hadisə bu gün Beyləqan Mərkəzi rayon Xəstəxanasında baş verib.
Bu barədə R. Məhəmmədoğlu özü məlumat verib.Bu gün ürək ağrısı ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına gedən R. Məhəmmədoğlu kardialoq həkimi Elbrus Paşayevin qəbuluna düşmək üçün növbə gözləyib. Bu anda növbədən kənar bir nəfər şəxs həkimin otağına girib: «Mən də otağın qapısını açıb həkimdən məni qəbul etməsini bildirdim. Həkim də mənə otağa çağırdı. Həmin şəxdə içəridə idi. Mən otağa daxil olanda həkim mənə maliyyə yoxlamalarının olduğunu bildirdi. Mən də ona maliyyə yoxlamaları ümumi xəstəxananı yoxlayır sizinlə nə əlaqəsi dedim. Son nəticədə maliyyə yoxlamaları hümanist olurlar narahat olmasın, əsas xəstələrin taleyidir. Xəstələrlə məşğul olmaq lazımdır. Bu sözümdən sonra tanımadığım şəxs, lakin sonrada mənə məlum oldu ki, həmin şəxs 10 saylı Regional Maliyyə İdarəsinin müffəttişi Natiq Əliyev məndən kimliyimi soruşduqda mən ona özümü təqdim etdim. O, mənim adımı eşidər eşitməz “bu camaatdan nə istəyirsən, əl çək bu insanlardan” deyərək mənə qarşı öz aqressiyasını göstərdi. Mən isə ondan ədəbli omağı və yüksək səslə danışmamağı bildirdim. Lakin müffəttiş N. Əliyev daha da ədəbsizləşərək öz tərbiyyəsinə uyğun şəkildə mənə qarşı təhqiramiz ifadələrini dayandırmadı. Belə olduqda aramızda əvvəlcə sözlü mübahisə, daha sonra isə əlbəyaxa dava düşdü. Nəticədə N. Əliyev mənə xəsarət yetirdi».
R. Məhəmmədoğlu bildirir ki, Natiq Əliyevin ona qarşı belə bir sərt təpki göstərməsi baş redaktoru olduğum «Sonolay.org» saytında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdarəsinin fəaliyyətindəki neqativ hallar barədə kifayət qədər tənqidi yazılarara yer verilməsidir. Belə ki, bu neqativlər 10 saylı Regional Maliyyə İdarəsinin dövlət müəssisələrindəki apardığı yoxlamalar zamanı baş verir. Bizim indiyyə qədər yazdıqlarımızda təftiş komissiyasının idarələrdə apardığı maliyyə yoxlamaları ilə bağlıdır.
Qeyd edək ki, 2016-cı ilin mart –aprel aylarında 10 saylı Regional Maliyyə İdarəsi tərəfindən Ağcabədi rayon məktəblərində aparılan yoxlamalar zamanı ağcabədi məktəblərində ciddi şəkildə maliyyə mənimsəmələri faktı aşkar edilmişdir. Yalnız təftiş komissiyası hər vəchlə üzləşdiyi korrupsiya hüquqpozmalarını ört-basdır etməyə çalışmışdır. Lakin “Sonolay.org” saytı olaraq həmin korrupsiya hüquqpozmalarını media müstəvisinə çıxarmaqla ictimailəşdirdikdən sonra baş prokurorluq Ağcabədi məktəblərində aparılan maliyyə yoxlamalarını nəzarətə götürərək nəticə də 897 min manat dövlət vəsaitinin mənimsənilməsi faktını üzə çıxardaraq ciniayət işi açmışdır.
2017-ci ilin yanvar ayında yenə də 10 saylı Regional Maliyyə İdarəsinin müffəttişi Natiq Əliyev Beyləqan rayon Mil qəsəbə ərazi icra nümayəndəliyində 8 ilin maliyyə yoxlamasını aparıb və burda da yeyinti fakti aşkarlayıb. Bu işdə də 10 saylı Regional Maliyyə İdarəsi aşkara çıxardıqları yeyinti faktını ört-basdır etməyə çalışıb. Bu dəfə də redaksiyamız icra nümayəndəliyində aşkarlanmış korrupsiya hüquqpozmalarını ifşa edərək ictimailəşdirmişdir. Bundanda belə görünür ki, N. Əliyev ərazi icra nümayəndəsindən umacaqlı olub, lakin biz yazdıqdan sonra umacağında vaaz keçməli olub. Elə buna görə də baş redaktorumuzun adını eşidər-eşitməz özündən çıxıb. Və öz tərbiyyəsinə uyğun davranıb.
Hazırda faktla bağlı Beyləqan Rayon Polsi Şöbəsində araşdırma aparılır.
P.S. Görünür Samir Şərifovun maliyyə yoxlamaları aparan müffəttişləri otaq-otaq, şöbə-şöbə yoxlamalar aparırlar. Əgər belə olmasaydı Natiq əliyevin Elburus Paşayevin otağında nə işi olardı!
Tarix: 4-02-2017, 22:58