Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin (Lənkəran MERO-nun) rəisi Əlixan Zeynalov işdən azad olunub. O, Şirvan şəhərində 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi təyin olunub.
AnaXeber.Az-ın media üzərindən verdiyi məlumata görə, cənub bölgəsində bu təyinat bayrama səbəb olub. Ə.Zeynalovun Şirvana göndərilməsi isə Aran zonasının camaatını məyus edib. Çünki 11 gündür ki, yeni işinə başlayan Ə.Zeynalov üçün təzə heç nə yoxdur. Bu, sadəcə yerdəyişmədir. Eyni sistem, eyni qayda ilə iş davam edəcək. Əslində, Şirvan MERO Ə.Zeynalovdan əvvəl də bazar iqtisadiyyatı ilə işləyib.
Bundan sonra isə benzinin bahalaşması, dolların qalxması, işıq, qazın qiymətinin artması Şirvan MERO-da sürücülük vəsiqəsinin satış tarifinə də təsir edəcək. Yəni, Ə.Zeynalovun gəlişi ilə Şirvan MERO-da “prava” bahalaşacaq.
Ancaq yeni rəis humanist insan kimi tanınır. Onun həqiqətən də cənub bölgəsində hörməti var, heş vaxt yanına gələnləri incitməyib, hamını yola salmağa çalışıb.
Ehtimal olunur ki, Şirvanda insanların sosial vəziyyətini nəzərə alıb “prava”nın qiymətini bahalaşdırmaz. Amma ölkədə hər şeyin qiyməti qalxdığı üçün sürücülük vəsiqələrinin xərci də artır.
AnaXeber.Az-ın media üzərindən verdiyi məlumata görə, Lənkəranda “prava”nı 1000-1200 manat civarından satan Ə.Zeynalovun Şirvanda hansı qiymətlər cədvəli tərtib edəcəyi maraqla gözlənilir.
Düzdür, imtahandan yüksək nəticə verən adamlar şəffaf şəkildə sürücülük vəsiqəsini alır. Amma bu, istisna haldır və əksəriyyət bazarlığa getmək məcburiyyətində qalır.
Uzun illərdir 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin rəisi işləyən Əlixan Zeynalov dövlət idarəsində sanki bazar mühiti yaratmışdı.
Həmin işləri isə Əlixan Zeynalov ən yaxın işçilərinin əli ilə həyata keçirir. Belə ki, MERO rəisi son aylar biznesinin çiçəkləndirmək üçün "açıq qapı" sistemi elan edib.
Yerli camaat Əlixan Zeynalov istənilən şəxsə nəyinsə qarşılığında sürücülük vəsiqəsi verdiyi üçün onun əməllərinə "açıq qapı" sistemi deyirlər. Yəni pulu olan hər bir vətəndaş Lənkəran Qeydiyyat-İmtahan Şöbəsindən sürücü vəsiqəsi əldə edə bilər.
Lənkəran sakinləri iddia edirlər ki, hazırda qeydiyyat-imtahan və texniki baxış şöbəsinin B kateqoriyası üzrə sürücülük vəsiqəsi 850-950, BC kateqoriyası üzrə sürücülük vəsiqələri isə 1000-1200 manatdır.
«E kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir. Bildiyiniz kimi, oğurluq maşınları qeydiyyatdan keçirtdiyinə görə Əlilxan Zeynalov bir müddət əvvəl nazirdən töhmət də almışdı.
AnaXeber.Az-ın media üzərindən verdiyi məlumata görə, Ə.Zeynalov Masallıda tanınmış iş adamı Hacı Mazanın qardaşıdır. O, Masallıda "Viləş" otelinin sahibidir. Bir müddət əvvəl Hacı Mazan bir qalmaqalla medianın gündəminə gəlmişdi.
Müğənni Xatirə İslam və Aşıq Əlinin içərisində olduğu avtomobilə yol hərəkəti qaydalarını pozduğu üçün rayon yol patrul xidmətinin Vasif Ələsgərov adlı əməkdaşı tərəfindən saxlama əmri verilib.
YPX əməkdaşı saxlanılan avtomobilin sürücüsünə qayda pozutusuna yol verdiklərini izah edərək, avtomobilin sənədlərini təqdim etməsini xahiş edib. Lakin maşında olan Aşıq Əli polisin qanuni tələbinə əməl etməyərək, YPX əməkdaşını hədələyib.
YPX əməkdaşının israrla sənədləri istədiyini və tabesizlik göstərəcəkləri təqdirdə post-patrul xidmətinin əməkdaşlarının çağrılacağı ilə bağlı xəbərdarlıq etdiyini görən Aşıq Əli onları qonaq çağıran "Viləş" otelinin sahibi, məşhur iş adamı Hacı Mazan kimi tanınan Ramazan Zeynalova zəng edib.
Hacı Mazan hadisə yerinə gələrək onun qonaqları olan Xatirə İslam və Aşıq Əlinin avtomobilini saxladığı üçün yol patrul xidmətinin əməkdaşı Vasif Ələsgərovu təhqir edib, döymək üçün üzərinə hücuma keçib.
Saytlar yazır ki, yalnız başqa polis əməkdaşlarının köməyi sayəsində V.Ələsgərov döyülməkdən qurtulub. Hacı Mazan YPX əməkdaşına qəzəblənərək, onu xidmətdən uzaqlaşdıracağı ilə hədələyib.
Masallı rayon YPX əməkdaşları hadisə ilə bağlı rayon polis şöbəsinin rəhbərliyinə məruzə etsələr də, Hacı Mazanın adını eşidən şöbə rəhbərliyi YPX əməkdaşına susmağı tövsiyyə ediblər.
Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun adı indiyədək bir sıra qalmaqallarda hallanıb.
Bundan əlavə, bir müddət qabaq Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə, dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Müğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Zərərçəkmiş kimi tanınan R.Zeynalov təqsirləndirilən M.Həşimovla 2012-di ildə Masallı rayonunda tanış olduğunu deyib. M.Həşimov Şeyx Allahşükür Paşazadənin və qardaşı Cavanşir Paşazadənin bizes ortağı olub. M.Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1 (vergidən yayınma) maddələr ilə ittiham irəli sürülüb. Müğdət Həşimov məhkəmədə Cavanşir Paşazadənin sifarişi ilə həbs edildiyini deyib.
Müğdət Həşimov deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayıb.
Şərtlərinə görə, M.Həşimovla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.
Klinika C.Paşazadənin adına olan 1255 kv.metrlik qeyri-yaşayış sahəsində açılıb. Şəriklik əsasında M.Həşimov “Medi-Sina” MMC-nin təsisçisi olaraq, fəaliyyətə başlayıb. Adı keçən tərəfləri dinləməyə hazırıq.
AnaXeber.Az
Tarix: 27-02-2017, 15:15