“Qərb Ukrayna münaqişəsində açıq şəkildə tərəf tutdu” – Fidan
“ABŞ və Avropa Kiyevə silah göndərərək açıq şəkildə Ukrayna münaqişəsində tərəf tutub”.Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada türkiyəli jurnalistlərlə söhbəti zamanı deyib.
“Amerika və Avropa əvvəldən Kiyevə silah göndərməklə belə bir vəziyyət yaratdılar ki, onlar bu müharibədə açıq şəkildə tərəf tutub. Burada həm iqtisadi, həm siyasi, həm də qaynar müharibə gedir. Mən bunu sözün geniş mənasında qlobal müharibə kimi qiymətləndirirəm. Rusiya Prezidenti Vladimir Putin qlobal müharibə riskindən danışıb. Burada konsepsiyanın geniş mənasında müharibəni nəzərdə tuturuq. Bu barədə də xəbərdarlıq etmişik. Ukraynada və Qəzza zolağında müharibənin davam etməsi indi qlobal qırılma xətlərini dərinləşdirir və müəyyən oyunçuları birləşdirir və qütbləşmə güclənir”, - Fidan bildirib.
O əlavə edib ki, hazırkı mərhələdə dünyanın müəyyən regionlarında iqtisadi və siyasi qarşıdurmanın qaynar müharibəyə çevrilməsinin qarşısını almaq çox vacibdir.
Tarix: Bu gün, 17:23