Beyləqanda etiraz: insulin şəkər xəstələrinə pulla satılır – Özəl
Beyləqan rayonunda şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərə birdəfəlik pulsuz insulin şpristləri və dərman preparatları vaxtı-vaxtında verilmir.Bu barədə
24saat.org-a məlumat verilib. Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkimlərin nəzarəti və qeydiyyatı əsasında həyata keçirilən bu aksiya zaman-zaman problemlərlə müşahidə olunub və bu hazırda davam edir.
Belə ki, şəkərli diabet xəstələrinə verilməli olan spesifik dərman və insulin iynələri bürokratik əngəllər ucbatından ya gec-gec verilir, yaxud da heç verilmir.
Bu qeyd olunan xəstəxananın yarıtmaz fəaliyyəti və biznes maraqları ilə bağlıdır. Dərmanların fasilələrlə qəbulu şəkərli diabet xəstələrinin səhhətində ciddi problemlər yaradır.
Siam.az
Tarix: 29-03-2017, 22:19