Rayon rəhbəri Qaynaq kəndində Birinci Qarabağ müharibəsinin üçüncü dərəcəli əlili Şəhriyar Əhmədovun yas mərasimində iştirak edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının
sədri Eldar Əsədov  rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla birlikdə
rayonun Qaynaq kəndində Birinci Qarabağ müharibəsinin üçüncü dərəcəli əlili Əhmədov
Şəhriyar Əvəz oğlunun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı
verib.
Qeyd edək ki, Şəhriyar Əhmədov Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonu
istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Düşmən tərəfindən atılan mərminin
partlaması nəticəsində qol nahiyəsindən qəlpə yarası almış və ehtiyata buraxılmışdır.
Şəhriyar Əhmədova döyüşlərdə aldığı xəsarətlərə görə üçüncü dərəcəli əlillik təyin
edilmişdir.
Mərhumun yaxınları şəhid ailələrinə  qazilərə göstərilən diqqət  qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: Bu gün, 20:18
Xəbəri paylaş





Xəbər lenti