Laçının icra başçısından şikayət VAR
Bolgexeber.com-un redaksiyasına Laçın rayon sakini olan Həsənzadə Samil Əsəd oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. O Lacın rayon icra basçıçı Aqil Nəzərlidən şikayətçidir.Vətəndaşın şikayətini olduğu kimi təqdim edirik: “Yazıb sizə bildirirəm ki,mən Həsənzadə Samil Əsəd oğlu Lacın rayon sakiniyəm. Dəfələrlə Lacın rayon icra basçıçı Aqil Nəzərlinin qəbulunda olmaq istəsəm də bu mümkünsüz olub. Lacın rayon icra hakimiyyətində dəfələrlə şahidi olmuşam ki, Aqil müəllim heç bir laçınlını qəbul etmir. Lacın rayon icra basçıçı problemi olan heç bir laçınlı ilə görüşüb onların problemləri ilə maraqlanmır. Bu ilin aprelin 12 -si və 13-ündə yenə də Laçın icra hakimiyyətində bir vətəndaş kimi oldum. Aqil Nəzərlinin qəbuluna duşə bilməyən evsiz- işsiz cammat icra başısına etiraz olaraq ailələri ilə birlikdə Lacın rayon icra hakimiyyətinin binasının qabağına yığışmışdılar.Lakin Aqil Nəzərlinin göstərişi ilə həmin ailələr binanın mühafizəçiləri tərəfindən zorakılıqla binanın qabağından uzaqlaşdırıldılar. Lacın rayon icra basçıçı Aqil Nəzərli laçınlıları təhdid edir,insanlar dolana bilmir və bu səbəbdən məskunlaşdığı rayonu tərk etmək məcburiyyətində qalırlar. Aqil Nəzərli isə rayonda iş yerlərini satmaqla məşğuldur. Kim şikayət edirsə onu həbs etdirir. Lacın rayon Şeylanlı kənd sakini Müqabil Baxışov da buna bariz misaldır”.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Tarix: 22-04-2017, 10:41