"Azfar Med" şirkətini Məhkəmə cərimələdi
Azfar Med" şirkətini Məhkəmə cərimələdiTibbi cihaz və məsrəf materiallarının təchizatçısı olan "Azfar Med" QSC gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətini pozduğu üçün cərimələnib.
Tibbi cihaz və məsrəf materiallarının təchizatçısı olan "Azfar Med" QSC gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətini pozduğu üçün cərimələnib.Siam-az.com E-saglam.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, "Azfar Med" QSC 2021-ci ildə 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Hazırda nizamnamə kapitalı 2000 manat təşkil edən şirkətin qanuni təmsilçisi Tağı-zadə Toğrul Eldar oğludur.
Tarix: Bu gün, 11:51