Laçınlılar şikayət edir–İCRA BAŞÇISINDAN - FOTOLAR

Laçınlılar şikayət edir–İCRA BAŞÇISINDAN - FOTOLAR Son zamanlar Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli haqqında yayılan neqativ xəbərlərin ard-arası kəsilmək bilmir.
Gununsesi.info-ya müraciət edən Laçın rayonundan olan məcburi köçkünlərin icra başçısı haqqında yazdıqları və saytımıza ünvanladıqları şikayətdə bildirilir ki, A.Nəzərli abadlıq işləri adı altında talançılıqla məşğul olur, müxtəlif şəxslərin adına açılmış saxta şirkətlər vasitəsiy ilə maliyyə maxinasiyaları həyata keçirir.

Laçınlılar şikayət edir–İCRA BAŞÇISINDAN - FOTOLAR
Məktubda bildirilir ki, icra başçısı “Taxtakörpü” qəsəbəsində Heydər Parkı və İcra Hakimiyyətinin binası ətrafında özündən əvvəlki icra başçılarının inşa etdirdiyi səki və bardurları sökdürüb.
Rayon sakinləri iddia edirlər ki, ölkə başçısının dəfələrlə məmurlara “Xalqın içində olun və problemlərini həll edin” tapşırığını verməsinə rəğmən, Aqil Nəzərli ölkə başçısının tapşırıqlarını qulaqardına vuraraq, xalqla arasına qalın divarlar hörür:
Laçınlılar şikayət edir–İCRA BAŞÇISINDAN - FOTOLAR
“Ölkənin iqtisadi böhranda olduğu bir dövrdə icra başçımız Aqil Nəzərlinin var-olanı sökdürüb, yerində yenisini inşa etdirməsi söz yox ki, tikinti üçün ayrılan pulları mənimsəmə istəyindən irəli gəlir.
Laçınlılar şikayət edir–İCRA BAŞÇISINDAN - FOTOLAR
O, icra başçısı təyin edildiyindən bu günədək rayon əhalisinin problemlərini aradan qaldırmaq üçün heç bir iş görmür. Aqil Nəzərlinin yeni nə isə inşa etdirmək əvəzinə, var- olanı sökdürüb, başqasını tikdirməkdə məqsədi söküntü materiallarını satmaq, tikintiyə ayrılan vəsaitin az bir qismini tikintiyə sərf edib, böyük qismini is mənimsəməkdir. Bütün bu maliyyə maxinasiyalarında isə özünə yaxın olan müxtəlif şəxslərin adına açılmış saxta şirkətlərdən istifadə olunur.
Qəsəbənin girişində yararsız torpaq sahəsində çox böyük əziyyətlə salınan Heydər Parkı qəsəbəyə xüsusi bir gözəllik verir. Rayonumuzun ondan əvvəlki icra başçısı Ramiz Cəbrayılovun dövründə salınan parkı küçəylə ayıran bardurlar elə formada inşa edilmişdi ki, kənardan parkın yaşıllığını, güllərini, çiçəklərini görmək mümkün idi. Lakin həmin bardurların yerində inşa edilməkdə olan hündür divarlar camaatı bu gözəlliyi seyr etməkdən də məhrum edəcək.
Laçınlılar şikayət edir–İCRA BAŞÇISINDAN - FOTOLAR
Laçınlı məcburi köçkünlərin məskunlaşdığı “Taxtakörpü” qəsəbəsində yayda tozdan, qışda isə palçıqdan hərəkət etməyin mümkün olmadığı qəsəbəarası yolları təmir etmək, 589 ailənin içməli suyu yalnız bir bulaqdan götürdüyünü nəzərə alaraq,içməli su və çoxsaylı problemləri həll etmək əvəzinə icra başçısının dövlət vəsaitini israf edərək, belə bir məsuliyyətsiz addım atması rayon əhalisi arasında ciddi narazılığa səbəb olub.
Yayın istisində tozanaq qoparan yollarımız, suya həsrət qalan sakinlərimizin icra başçısına etdiyi şikayətər isə, müəmmalı şəkildə “qeyb” olur. İşsizliyin, iqtisadi böhranın tüğyan elədiyi bir zamanda məcburi köçkünlərin problemlərini həll etmək əvəzinə, onlara yeni problemlər yaradır”.
Qarşı tərəfin münasibətini də işıqlandırmağa hazırıq.
Gülnaz Qənbərli
Tarix: 24-04-2017, 15:24
Xəbəri paylaş





Xəbər lenti