Ağdam Kənd Təsərrüfat idarə rəisi Allahverən Əliyev höküməti aldadır
Ağdam rayon sosial durumun günü-gündən pisləşməsinin əsaslı səbəbləri var ki bunada idarə rəhbərlərinin səhlənkarlığı nəticəsində nail olunubdur.
Məsələnin özəyi isə Kənd Təsərrüfat naziri Heydər Əsədovun prezidentin göstərişinə dərhal reaksiya verərək yerlərdə pambıq əkim məsələsinə ciddi yanaşmasıdır ki, bunada regionlarda KT təyin etdiyi rəhbərlər əhəmiyyət verməməkdədir. Bütün rayonlarda “Pambıq əkinlərində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri” adlı tədbirlər keçirilməsinə baxmayaraq yerli özünü idarəetmə idarələrində əhəmiyyətsiz bir məsələ kimi yanaşılmaqdadır. Yuxarıda qeyd etdiyimiz tədbirlərlə birgə həmdə Taxıl sahəsində əkinlərin genişləndirilməsi göstərişlərinin verilməsinə baxmayaraq həmin məsələ ilə bağlı da laqeydlik müşahidə edilməkdədir. Kənd Təsərrüfatı Nazirliyinin Ağdam rayon idarəsinin rəisi Allahverən Əliyev İdris oğlunun qanunsuz əməlləri vətəndaşları narahat etməkdədir. Belə ki, bu rayonun idarə rəisi A.Əliyev Ağdam rayon Ergi deyilən ərazi taxıl zəmiləri olduğu qeydlərdə göstərərək dövləti aldatmaqdadırlar. Vətəndaşlar bildirib ki, həmin ərazilərdə heç bir taxıl əkilməyib və əkilməyəcəkdə. A.Əliyev o əraziləri şəxsi gəlir mənbəyi kimi istədiyi kimi idarə edir. Üstəlik həmin ərazini Taxıl əkildiyi kimi göstərərək həm dövlətdən maddi yardımları alır bir tərəfdən isə istədiyini edir..
BakuNews.Az-a verilən məlumatın nə qədər doğru olduğunu deyə bilməsəkdə həmin əraziyə nazirliyin baxış keçirməsi qədər vacibliyi görünməkdədir. Bu məsələ ilə bağlı geniş araşdırma zamanı dəfələrlə A.Əliyevlə əlaqə saxlamağa çalışdıq onunda məsələyə münasibətini öyrənmək zərurətini nəzərə alsaqda təəssüflər olsun ki, cəhdlərimiz boşa çıxdı. Mövzu diqqətimizdədir.
Araşdırma davam edir.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.
BakuNews.Az
Tarix: 26-04-2017, 15:03