Laçın təhsilində şok yeyinti - İTTİHAM VAR

Laçın təhsilində şok yeyinti - İTTİHAM VAR Ağcabədi rayon Taxta-Körpü ərazisindəki Şeylanlı obasında müvvəqəti məskunlaşan Xudayarov Baxşeyiş Salyan oğlu Laçın rayon təhsil şöbəsində baş verən özbaşınalıqlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətin surəti Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya, Maliyyə naziri Samir Şərifov, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev cənablarına ünvanlanıb.

Rekadsiyamıza da ünvanlanan həmin müraciətdə Baxşeyiş Xudayarov bildirir: "Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi bir aydan çoxdur ki, Laçın rayon Təhsil Şöbəsində 12 ilin maliyyə yoxlamalarını aparır. 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevin rəhbərlik etdiyi yoxlama komissiyasının üzvləri orta məktəblərdə apardıqları yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlayıb. Lakin həmin aşkarlanmış nöqsanlar heç də qabardılmır".
Baxşeyiş Xudayarov yazır ki, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktlarını ört-basdır etmək üçün hər məktəb direktorundan 4000-4500 manat arası pul tələb olunur: "Məktəb direktorları onlardan tələb olunan vəsaiti özləri ödəmək iqtidarında olmadıqları üçün müəllimlərdən kütləvi şəkildə toplamaq məcburiyyətindədirlər.Müəllimlər isə bundan narazıdırlar.Laçın rayon Təhsil Şöbəsinin tabeliyində 111 orta məktəb var. Amma onların heç 60-da normal tədris yoxdur. Mart ayında yoxlama komissiyasının üzvləri (təftiş komissiyası ) üçün rayonda hər müəllimdən martın əmək haqqından 10 manat tutulub. Bu məbləğ müəllimlərə xəbərdarlıq edilmədən saxlanılıb. Bu da müəllimlərin ciddi narazılığına səbəb olub. Lakin məktəb direktorları müəllimləri tutulan pulu könüllü bağışlamaları haqqında izahat yazmağa məcbur edib".

Şikayətçi bildirir ki, Ədalət Nəbiyevin rəhbərlik etdiyi təftiş komissiyasının yoxladığı məktəblər yenidən yoxlanılarsa, yazdığı faktlar tam təsdiqin tapar və əgərfaktlar təsdiqini tapmadığı halda qanun qarşısında cavab verməyə hazırdır: "Cənab Prezident! Laçın rayon Təhsil Şöbəsində sizin göstərişiniz əsasında birbaşa Maliyyə Nazirliyi yoxlama aparsa, milyon manatlarla dövət vəsaitinin mənimsənildiyi aşkar olar. Xahiş edirəm ki, bu məsələ ilə bağlı tədbir görülməsi barədə müvafiq orqanlara göstəriş verəsiniz". \\gundemxeber.az\\
Tarix: 27-04-2017, 16:20
Xəbəri paylaş





Xəbər lenti