“Azərsığorta” şəhid ailəsinin 11 min manatını necə yeyib? - Çəkişmə

“Azərsığorta” şəhid ailəsinin 11 min manatını necə yeyib? - Çəkişmə Zərdab rayon sakini, şəhid ailəsi Bəkirova Nahidə Hüseyn qızı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən şikayətçidir

Ulus.Az xəbər verir ki, adıçəkilən şirkət məhkəmənin qətnaməsinə baxmayaraq N.Bəkirovaya 11 min manat kompensasiyanı ödəməkdən imtina edir.


Nahidə Bəkirova 16.06.1992-ci il tarixində Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan Bəkirov Zahid Ağahüseyn oğlunun həyat yoldaşıdır.

Nahidə Bəkirova məsələ ilə bağlı Binəqədi rayon məhkəməsinə şikayət edib. Hakim Elmar Rəhimovun sədrliyi ilə 18 iyul 2014-cü il tarixində keçirilən məhkəmə prosesi zamanı qəbul edilən qətnamədə N. Bəkirovanın iddiası təmin edilib.

Dövlət Sığorta Kommersiya Şirkətindən 11 min manat tutularaq iddiaçıya verilməsi ilə bağlı qərar qəbul olunub. Amma buna baxmayaraq Dövlət Sığorta Kommersiya Şirkəti bu günə qədər kompensasiyanı ödəməkdən boyun qaçırır.

Nahidə Bəkirovanın oğlu Bəkirov Səbuhi Zahid oğlu böyrək çatışmazlığından əziyyət çəkir və övladının müalicəsi üçün onun kifayət qədər maddi imkanı yoxdur.

Ailədə işləyən olmadığı üçün ailə dövlətin Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş Bəkirov Zahid Ağahüseyn oğluna təyin etdiyi təqaüdlə keçinir.

Qanunlara, məhkəmə qətnaməsinə baxmayaraq Dövlət Sığorta Kommersiya Şirkəti vətəndaşı incitməkdən əl çəkmək istəmir. Onu da deyək ki, “Azərsığorta”dan şikayətlər kütləviləşir.

Zərdab rayonu Gödəkqobu kənd sakini 2- ci qrup əlil Bəndəlizadə Sübhan Bəhrəm oğlu da bildirmişdi ki, Dövlət Sığorta Kommersiya Şirkəti mənə düşəcək 6600 (altı min altı yüz) manat kompensasiyamı mənimsəyib qanunsuz olaraq vermək istəmir:

“Xəstəliyə görə mənə 2-ci qrup əlilik dərəcəsi təyin eilib.Mən tam sağlam hərbi xidmətə getmişəm buna dair sənədlər var. Həmin sənədləri həkimlər verib.Əgər mən xəstə idimsə nə üçün hərbi xidmətə aparılmışam?

Ancaq hərbi xidmətə gedənə kimi məndə heç bir xəstəlik olmayıb. Mənə düşəcək hərbi qulluqçuların dövlət icbari sığortası üzrə sığorta ödənişini verməyib saxtakarlıq edən vəzifəli şəxslər cəzalandırılmalıdırlar.
Tarix: 30-04-2017, 08:36
Xəbəri paylaş





Xəbər lenti