İcra başçısının köməkçisi 2-ci qrup əlili həbslə hədələyib - İttihamlar

İcra başçısının köməkçisi 2-ci qrup əlili həbslə hədələyib - İttihamlar Şəkinin Oxud kənd sakini, ikinci qrup əlil Əhmədov Kənan Nimət oğlu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Elçin Səfərovdan şikayətçidir

Ulus.Az xəbər verir ki, o, ailəsinə təyin edilmiş ünvanlı sosial yardımın kəsilməsi və əlillik pensiyasi ilə bağlı Elçin Səfərovun qəbuluna gedib.

Lakin direktor onunla kobud davranıb. Elçin Səfərov onun şikayətini dinləmək əvəzinə, nalayiq sözlər deyərək əlini stola vurub və onu otaqdan qovub.

Ümumiyyətlə Kənan Əhmədov dəfələrlə rastlaşdığı problemi Elçin Səfərova çatdırmaq istəsə də, onu qəbul edib problemini maraqlanan olmayıb.

Çarəsiz qalan Kənan Əhmədov aprelin 21-də Şəki Şəhər İcra Hakimiyyətinə qəbula getsə də, onu qəbula buraxmayıblar.

Qəbul günü olmasına baxmayaraq icra başçısının köməkçisi Vəliyev Ziya Nazim oğlu ona nalayiq sözlər deyərək bir də icra hakimiyyətinə gəlməməsini tələb edib. Əks halda polisə zəng edərək onu həbs etdirəcəkləri ilə hədələyiblər.

Kənan Əhmədovun ailəsinə verilən ünvanlı sosial yardımı heç bir səbəb olmadan dayandırılıb və yerli məmurlar onun şikayətinə baxmır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli Sosial Müdafiəsi Mərkəzlərinin işi son aylarda ən çox müzakirə mövzularından birinə çevirilib.

Xüsusən də aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi prosesində yaşananlar vətəndaşların ciddi narazılığına gətirib çıxarır.

Eks nazir Füzuli Ələkbərovun zamanında ünvanlı sosial yardımların verilməsində yaradılan süni maneələr, bürokratiya azmış kimi, insanlar onlara qanunla düşən məbləği almaqda da çətinlik çəkirdilər.

Əsasən də vətəndaşlara tətbiq edilən qanunsuz bölgü prinsipindən. Heç kəsə sirr deyil ki, rayondan asılı olaraq insanlara sosial yardımlar 8-4, 6-6 aylarla və s. prinsiplərlə verilirdi.

Yəni, sosial yardım düşən ailələrə bildirirdilər ki, sizə yardım yazırıq ancaq bu məbləğin 4 və ya 6 ayını bizə verməlisən. “6 ay sənin, 6 ay mənim” prinsipi ilə işləyən şəhərlərdən biri də Şəkidir.

Şəki şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Elçin Səfərov yardıma ehtiyacı olan insanlarla öz qanunları ilə təsdiq edir. Belə ki, kim onun şərtləri ilə razılaşsa sənədlər təsdiqlənəcək və yardım təyin olunacaq. Qarşı tərəfi dinləməyə hazırıq.

Ulus.Az
Tarix: 1-05-2017, 08:51
Xəbəri paylaş





Xəbər lenti