Şəmkirin icra başçısının düşdüyü qəza sürücünün boynuna qoyuldu
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun düşdüyü avtoqəzanı sürücüsünün üzərinə qoyurlar. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, qəza zamanı sükan arxasında başçının köməkçisi Mahir Əliyev olub.Bu il martın 25-də, Şəmkir Su-Elekrik Stansiyasından rayon mərkəzinə gedən yolun Yeniabad kəndi ərazisindən keçən hissəsində, günorta 2-3 radələrində onun idarə etdiyi Az 57 AA 001 dövlət nömrə nişanlı, qara rəngli “Tayota Land Cruiser” markalı avtomobil qəfil və yüksək sürətlə qarşı yola çıxıb.
Həmin vaxt qarşı yolda Mingəçevirin Əzizbəyov küçəsi 12 ünvanında qeydiyyatda olan 1947-ci il təvəllüdlü Həsən Əvkər oğlu Hüseynov özünə məxsus “Qaz - 31" markalı avtomobillə hərəkətdə imiş. H.Hüseynovun sükan arxasında professional davranışı dəhşətli qəzanın ölümsüz sonuclanmasına səbəb olsa da, onun özü ağır bədən xəsarətləri alıb. Dəhşətli toqquşma anında başçının olduğu maşında təhlükəsilzik yastıqları açıldığından A.Məmmədov, 2 övladı və köməkçisi yüngül əzilmələrlə canlarını qurtarıblar.
Avtomobildən düşən A.Məmmədovun köməkçisinin ilk işi qarşı maşındakı sürücünün sağ olub-olmamasını yoxlamaq olmayıb. M.Əliyev dərhal idarə etdiyi maşının nömrə nişanlarını açıb. Bunu ona görə ediblər ki, qəzanın baş verməsini sonradan ört-basdır edə bilsinlər. Elə belə də olub. Dəhşətli qəza dərhal ört-basdır edilsə də, sonradan təfərrüatları üzə çıxıb.
Qəza anından az sonra ərazidən keçənlər icra başçının olduğu maşının foto və videosunu da çəkə biliblər. Verilən məlumatda qeyd olunur ki, A.Məmmədovun göstərişi ilə qəza digər avtomobilin sürücüsü - yəni H.Hüseynovun xətası üzündən baş verdiyi kimi rəsmiləşdirilib, özünün xidməti maşının sükanı arxasında isə köməkçisi deyil, sürücüsünün olduğu qeyd olunub.
Məsələ ilə bağlı A.Məmmədovun mövqeyini də dinləməyə hazırıq. \\musavat.com\\
Tarix: 1-05-2017, 08:55