İcra başçısından I vitse-prezidentə şikayət... - "...bu, Rəcəb Babaşovun tapşırığıdır"
Azərbaycan Respublikanın 1-ci Vitse Prezidenti Mehriban Xanım Əliyevaya
Qazax şəhəri 5 saylı Uşaq Baxçası Körpələr evinin 5 nəfər işcisinin adından Mətbuat vasitəsiylə açıq məktub
Şikayət Ərizəsi
Hörmətli Mehriban Xanım!
İlk öncə Sizi 1-ci Vitse Prezident vəzifəsinə təyin olunduğunuza görə ürəkdən təbrik edirik və yeni işinizdə müvəffəqiyyətlər arzu edirik!Hörmətli Mehriban Xanım!Qazax İcra Hakimiyyətinin başcısı Rəcəb Babaşovun tapşırığıyla aprel 2017 tarixində, 5 saylı Uşaq baxçasından bir günün içində 4 qadın və 1 kişi işdən çıxarıldı. Bu işcilər hamısı polis və prokurorluqla qorxudularaq məcburən öz ərizələriylə çıxarılıblar. İşdən çıxarılan qadınlardan biri mənim xalamdır. Belə ki, 10 gün bundan əvvəl xalamın işlədiyi Qazax rayon 5 saylı baxçaya Qazax icra hakimiyyətindən 2 nəfər qadın gəlib baxış keçirdiblər. Sonra baxçanın müdiri Nəzakət İskəndərovanı icra hakimiyyətinə çağırtdırıb ona tapşırıq veriblər ki, get bu işcilərin əmrini ver işdən çıxart. Nəzakət İskəndərova isə bildirib ki, işcini bu çür isdən cixarmaq düzgun deyil. Məm onlara xəbərdarliq və ya tohmət verə bilərəm, bir başa işdən çıxara bilmərəm. Bu zaman İHB –nın humanitar məsələlər üzrə müavini Gulaya Həsənova bildirib ki, bu İcra başçısı Rəcəb Babaşovun tapşırığıdır. Nəzakət İskəndərova Babaşovun adını esidəndən sonra isçilərin əmrini verib. Ertəsi gün Gulaya Həsənova bir daha Nəzakət İskəndərovanı icra hakimiyyətinə çağırıtdırıb ki, indi də öz ərizəni yaz. O, razılaşmayanda isə Babaşovun onu prokurorluğa verəcəyini bildirib. Beləcə İskəndərova öz ərizəsini yazıb. Cünki deyilənlərə görə bu başcı çox imkanlı və təhlükəli şəxsdir. Qazaxda hamı bilir ki, tutdurmaq, basdırmaq Rəcəb Babaşovun əlində çox asandır.
Hörmətli Mehriban Xanım!Qazax icra başcısı Rəcəb Babaşovun göstərişiylə bu gün Qazax rayonunda məktəb direktorları, dərs hissə müdirləri, bağça müəllimləri ,idarələrdə çalışan işcilər növbə ilə müxtəlif bəhanələrlə isdən çıxarılır. Qazaxda büdcədən maliyyələşən işcilər hər gün işə qorxa - qorxa gəlirlər ki, növbəti qurban onlar olmasın. Cünki hami is yerini itirməkdən qorxur. Hər kəs ailə , uşaq sahibidir. Biz baxçadan işdən çıxarılanlar kasıb ailələrik. İndi nəilə dolanmalıyıq bilmirik.
Hörmətli Mehriban Xanım!Sizdən xahiş edirik, Babaşov Rəcəb tərəfindən işdən çıxarılmış, Qazax şəhəri 5 saylı Uşaq Baxçası Körpələr evinin 5 nəfər işcisi öz iş yerlərinə bərpa olunmasına köməklik edəsiniz.
Rubrika.Az
Tarix: 1-05-2017, 10:09