"Bizə kömək edin Cənab Prezident!" - Qaçqın ailəsi Babaşovun əlindən təngə gəlib

"Bizə kömək edin Cənab Prezident!" - Qaçqın ailəsi Babaşovun əlindən təngə gəlib Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Cənablarına
və 1-ci Vitse Prezident
Mehriban xanım Əliyevaya
1959-cu il təvəllüd, YAP-ın üzvü
Məhərrəmova Tərlan İsəxan qızı tərəfindən

Ərizə



Hörmətli cənab Prezident, hörmətli 1-ci Vitse Prezident!

Xahiş edirəm məni və qızım Samirəni Rəcəb Babaşovun əlindən xilas edin. Rəcəb Babaşov bizimlə düşmənçilik aparır. Bizdən nə istəyir bilmirik. Bizə kömək edin Cənab Prezident!

Biz qaçqın ailəsiyik. Əslimiz kökümüz Qazaxın Bağanıs Ayrım kəndindəndir. Oğlum Məhərrəmov Sərxan Vaqif oğlunu hərbiçi kimi vətənə vermişəm. Qazaxın Cəfərli kəndində düşmənin qaynar təmas xəttində ölkəmizi qoruyur. Mənim atamda Böyük Vətən müharibəsinin veteranı olub. Özüm doğum evində işləyirəm. Yoldaşım Məhərrəmov Vaqif yataq xəstəsidir.

Qızım Məhərrəmova Samirə Vaqif qızının himayəsində 3 oğlan uşağı var. Cəbhədə olan oğlumun uşağınıda qızım Samirə saxlayır. Mənim qızım dövlətimizə və Ali Baş Komandanımız Hörmətli İlham Əliyev cənablarına 3 əsgər böyüdür. Qızım Samirə 5 aydır ki Qazaxda yerləşən müəssisələrin birində işləyirdi.

....

Bu gün bizə icra hakimiyyətindən məktub gəlib ki 3 günə artırma söküləcək. Halbuki həmin artırmaya Rəcəb Babaşov şəxsən özü icazə vermişdi. Hətta biz buna görə Rəcəb Babaşova minnətdarlıq məktubuda yazmışıq. İndi isə ondan Adminstrasiya şikayət etdiyimiz üçün həmin artırmanı sökdürmək istəyir.

Hörmətli cənab Prezident, hörmətli 1-ci Vitse Prezident!

Xahiş edirəm Rəcəb Babaşovu durdurun. Qazaxlılara kömək edin. Siz həmişə məmurlara tapşırıq verirsiniz ki əhalini dolandırın nəzakətlə davranın. Amma Rəcəb Babaşov kimiləri Sizin dediklərinizin əksinə gedir. Mənim qızım uşaqlarını nəylə dolandırsın? İşlək bir müəssisəni bağlatmağın hansı məntiqə sığışdırmaq olar. Onsuz da bir əsgər ailəsi kimi narahatcılıq icində yaşayırıq. Cünki övladımız düsmənlə üz- üzə dayanıb.

Mənim dərdim onsuz da özumə bəsdi digər tərəfdən də rayon rəhbəri tərəfindən cörəyinin kəsilməsi.

Rəcəb Babaşov niyə qadınlarla prinsip aparıb düşmənçilik edir? Biz kimə müraciət edək haraya gedək? Rəcəb Babaşov görünür heç Prezidentdən və 1-ci Vitse Prezidentdəndən və Adminstrasiyadan belə çəkinmir qorxmur. Biz nə edək bilmirik? Bizə xahiş edirik kömək edin. Xahiş edirik.

Hörmətlə Məhərrəmova Tərlan İsəxan qızı. Tarix 06.05.2017. Tel 055 318 63 41

Qarşı tərəfi də dinləməyə hazırıq. QEYD: Müraciətdə bəzi ittiham dolu məqamlar məqsədli olaraq çıxarılıb.
Tarix: 6-05-2017, 15:13
Xəbəri paylaş





Xəbər lenti