Düşmənlə üzbəüzdə yerləşən Füzuli Rayon İcra Hakimiyyətinin rəsmi saytı məzarlığa çevrilib
Ulus.Az xəbər verir ki, RİH-nin rəsmi saytında nə bu ilin ilk üç ayı haqda, nə ötən ilin yekun nəticələri barədə rəsmi hesabat var.
Füzulinin icra başçısı Alı Alıyev rayonda görülən işlər, əslində görülməyən işlər haqda ictimaiyyəti məlumatlandırmır. Bu həm də Füzulidə heç bir iş görülmədiyindən xəbər verir.
Azərbaycanda bəzi məmurların özbaşınalığı səbəbindən onlar haqqında yuxarı instansiyalara edilən şikayətlərin də sayı getdikcə çoxalır.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları yerli məmurlardan biri də Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdir.
Düşmənlə üz-üzə olan Füzuli rayonuna rəhbərlik edən Alı Alıyevin özbaşınalığı, sahibkarları incitməsi, qanunları pozması, korrupsiya hallarına yol verməsi ilə bağlı şikayətlərin sayının yüzlərlə olduğu bildirilir.
Rayonda yarıtmaz idarəçilik səbəbindən problemlər kifayət qədərdir və bu yerli sakinlərin haqlı narazılığına səbəb olur. Bu haqda mətbuatda saysız-hesabsız faktlar var.
Ulus.Az xəbər verir ki, RİH-nin rəsmi saytında nə bu ilin ilk üç ayı haqda, nə ötən ilin yekun nəticələri barədə rəsmi hesabat var.
Bu da icra başçısının korrupsiya faktlarını gizlətməsi deməkdir. Çünki rəsmi məlumatlar araşdırmaya zərurət yaradır və bu zaman ortalığa faktlar çıxır.
Saytlar yazır ki, Füzuli rayonunundan olan məcburi köçkünlər üçün salınmış «Qayıdış» qəsəbəsi ilə bağlı maraqlı bir məqam ortaya çıxıb.
Füzulinin icra başçısı Alı Alıyev dövlət büdcəsindən ayrılmış 11 milyon manatın başına elə bir oyun açıb ki, indi özü belə həmin oyunun əlində qalıb.
Belə ki, «Qayıdış» qəsəbəsinə gedən yolun çəkilməsi və təmiri üçün büdcədən ayrılmış 11 milyon manatın aqibəti indiyə qədər məlum deyil. Daha doğrusu, həmin pula nə yol çəkilib, nə də təmir işləri aparılıb.
Füzulinin icra başçısı Alı Alıyev hazırda «Qayıdış» qəsəbəsinə getmək üçün 3 rayonun ərazisindən keçməli olur.
Alıyev qəsəbəyə getmək üçün yol tapa bilmədiyindən, əvvəlcə Beyləqana, oradan Xocavəndə gedir, sonda da «Qayıdışa» gəlir. Bu haqda elektron mediada xəbərlər yayılıb.
Qarşı tərəfi dinləməyə hazırıq.
Ulus.Az
Tarix: 9-05-2017, 22:01