İcra başçısının müavini özünə məxsus gölün bəndini yardırıb, suyunu balıqlarla birlikdə çaya axıtdı - Fotolar
Təxminən 10 gün əvvəl Ağdaşın icra başçısının müavini Əsgərxan Həsənova məxsus olan balıq gölünün yerli camaat tərəfindən dağıdılmasından sonra, adı çəkilən məmur gözənilməz addım atıb
Bu barədə Fuad Hüseynov "Feysbuk"dakı səhifəsində yazıb.Onun sözlərinə görə, icra başçısının müavini Abad kəndində yerləşən balıq gölünün yeri camaat tərəfindən dağıdılması xəbərindən sonra digər gölü də şəxsən özü ləğv eedib:
"Mətbuatda gedən yazılardan sonra təşvişə düşən Ə. Həsənov kəndə gələrək ikinci gölü özü ləğv etdirdi. O, bəndi açdırıb suyunu balıqlarla birlikdə Kür çayına axıdıb".
Xatırladılıb ki, həmin kənddə Ə. Həsənova məxsus iki balıq gölü olduğu bildirilib.
"Report" saytı təxminən 10 gün əvvəl həmin balıq göllərindən biriinin suyunun kənd qəbirstanlığına dolduğu üçün sakinlər tərəfindən dağıdıldığı xəbərini yaymışdı.
Tarix: 10-05-2017, 07:31