Rəis müavini baş redaktoru həbs etdirmək istəyir

Rəis müavini baş redaktoru həbs etdirmək istəyir Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini Eldar Səfərov Criminal.az saytının baş redaktoru Anar Məmmədovu məhkəməyə verib. ''Qaynarinfo"-nun məlumatına görə, bu barədə jurnalistin özü facebook profilində yazıb. A.Məmmədov saytımıza açılamasında bildirdi ki, Eldar Səfərov onun barəsində Yasamal rayon Məhkəməsində xüsusi isttiham qaydasında iddia qaldırıb. ''Məhkəməyə verilməyimi Eldar Səfərovun özü dedi. Bildirdi ki, barəmdə cinayət işinin qaldırılmasını istəyir. Güya ötən il noyabrın 26-da criminal.az saytında yazdığım yazıda ona böhtan atmışam. Halbuki həmin yazıda söhbət narkotik satan şəxslərin Eldar Səfərov tərəfindən himayə olunması ilə bağlı iddiadan gedir. Yazıda vurğulamışıq ki, şikayətçi iddiasına görə narkotik satan Vüqar Atayevin himayədarı məhz rəis müavininin özüdür. Məsələ ilə bağlı Eldar müəllimin özü ilə də əlaqə saxlanılmışdı. O isə ''Vüqar Atayev adlı adam tanımıram'' deyərək telefonu qapatmışdı. Bu gün isə eşidirəm ki, barəmdə cinayət işinin açılmasını istəyir''.
Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.
Tarix: 11-05-2017, 14:55
Xəbəri paylaş





Xəbər lenti