Cəlilabadda hədə-qorxu ilə insanların pulunu mənimsəyən şəxs saxlanılıb - FOTO
Cəlilabadda axtarışda olan rayon sakini saxlanılıb."Report"un Cənub bürosu xəbər verir ki, saxlanılan Əhmədli Xəqani adlı şəxs həmyerlisi Zamiq Rzayevlə əlbir olaraq Cəlilabad rayon sakini Həsənov Xəyala hədə - qorxu gəlməklə onun 3 min 500 manat pulunu mənimsəyib.
Həmçinin, qrup üzvləri bu cinayət əməlini Yardımlı rayon sakininə qarşı da tətbiq ediblər. Həmin şəxsdən zorakılıq yolu ilə 5 min 300 manat pul əldə edilib.
Əvvələr məhkum olunmuş 1977-ci il təvəllüdlü Əhmədli Xəqani Cinayət Məcələsinin 8 maddəsi üzrə axtarışda olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tarix: 16-05-2017, 08:27