Sərxöş tutulan sürücülərə rəis Anar Cəlilov "yağlı tikə" kimi baxır.
Bərdədə Yol Hərəkətinin Təhlükəsizliyində ciddi problemlər var. Ötən ilin oktyabrında Bərdə Dövlət Yol Polisi Bölməsində aparılan kadr dəyişikliyi bu problemi nəinki aradan qaldırıb, hətta bir azda ağırlaşdırıb. Yeni təyin olunan rəis Cəlilov Anar Akif oğlu hamının təhlükəsizliyinə dəxli olan bir sahəni bazara çevirib.Yol hərəkətində təhlükələrə rəvac verən səlahiyyətli olub.
Sərxoş vəziyyətdə nəqliyyatı idarə etmək ictimai təhlükəli hərəkət hesab olunur.Belə vəziyyətdə avtomobil idarə edən şəxslər dəhşətli yol qəzaları törədir. Özlərilə bərabər başqalarınıda faciəyə qurban edirlər. Cəmiyyətdə belə şəxslər çox vaxt qınanırlar.Ancaq qınaq heçdə həmişə adamları ağılsız hərəkətdən çəkindirmir. Bunun üçündə qanunlar var. Qanuna əməl etməyən cəzalandırılır.Ya inzibati qaydada tənbeh olunur, ya da cinayət məsuliyyətinə cəlb edilir.Bərdə DYP-nin rəisi Anar Akif oğlu Cəlilovun düşüncəsində isə olanlardan bəlli olur ki, sərxoş sürücüləri qanunların iradəsinə tabe eləmək yox, onların puluna sahib olmaq istəyi dayanır.
Sərxöş tutulan sürücülərə rəis Anar Cəlilov yaxşı gəlir mənbəyi, yağlı tikə kimi baxır. 500-700 manat pul çıxarda bilir.Fərasət belə olur də.Azərbaycanda bu pulu qazanmaq üçün gərək birinci yaxşı vəzifən olsun.İkinci bu pulu qazanmaq üçün kipriyinlə od götürəsən.Üçüncü nə gündüzün,nə də gecən olsun.Hey çalışasan. Bu pulu qazanmaq doğrudan çətindi.Ancaq Anar Cəlilov bir fışdırığa, ya bir fitə bu pulu sərxöş sürücülərdən qamarlayıb ala bilir.Bərdədə can alan avtoqəzalar həyacan təbili çalır.Artıq bu qəzalar piyadalarında həyataına qəsd etmiş olur. Son vaxtlar bir çox hadisələr piyada ölümlərinə səbəb olub. Heç şübhəsiz bu olanlar Bərdə DYP-nin göstərdiyi fəaliyyətin nəticəsidir. Dediyimiz bazara Anar Cəlilovun başı elə qarışıbdı ki, ölən ya qalandan belə xəbəri olmur. Sərxoş sürücülər,ərkəsöyün qaqalar sürəti qaldırıb səkiyə,ordan ağaca, dirəklərə dırmanırlar. Yolunu gedən adamların əzrayılı olurlar. Siam.az
Tarix: 17-05-2017, 09:13