Ay alan.., vəzifə satıram! - Beyləqanda real vəziyyət

Ay alan.., vəzifə satıram! - Beyləqanda real vəziyyət Beyləqan Təhsil şöbəsinin keçmiş müdiri Tofiq Sadıqov Beyləqan rayon Dövlət Qulluğu Həmkarlar Təşkilatının rəhbəri vəzifəsinə gətirilib

Bu barədə Politico.az saytını məlumatlandıran mənbə bildirir ki, buna görə keçmiş şöbə müdiri Beyləqan raon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə 20 min manat rüşvət verib.


Qeyd edək ki, Politico.az olaraq mənbənin bizə verdiyi məlumatı dəqiqləşdirmək üçün Beyləqandan rayonundan olan digər mənbələrə də müraciət etdik. Məlum oldu ki, bu barədə Beyləqan rayonunda hər kəs danışır və Tofiq Sadıqov özü də icra başçısına rüşvət verərək vəzifəyə gəldiyini də gizlətmir.

Xatırladaq ki, Tofiq Sadıqov uzun illər boyu Beyləqan rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. İşlədiyi müddətdə Tofiq Sadıqovun davamlı olaraq korrupsiyada və digər neqativ işləprdə hallanıb.

Onu da bildirək ki, Tofiq Sadıqovun üzümüzə gələn il 69 yaşı olacaq. Seçkili orqan olan Beyləqan rayon Dövlət Qulluğu Həmkarlar Təşkilatının rəhbəri vəzifəsinə təyinat alması isə rayonda bir mənalı qarşılanmayıb. Daha cavan kadrların bu vəzifədə olması daha normal olduğu halda 69 yaşlı təqaüdçünün bu vəziyfəyə gətirilməsi rayonda çox pis qarşılanıb və hər kəs icra başçısı Vaqif Abdullayevin məhz aldığı rüşvətə görə təqaüdçıyə vəzifə verdiyini hər kəs danışmaqdadır.

Xatırladaq ki, son illər Azərbaycan prezidenti İlham Əliyev davamlı olaraq gənclərin yüksək vəzifələrə təyin olunması siyasəti yürüdür. Lakin görünür ki, Vaqif Abdullayev üçün aldıbı rüşvət hər heydən önəmlidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
Tarix: 18-05-2017, 21:42
Xəbəri paylaş





Xəbər lenti