Bərdə DYP-nin rəisi SƏRXOŞLARDAN "Qaz vurub-Qazan doldurur"

Bərdə DYP-nin rəisi SƏRXOŞLARDAN "Qaz vurub-Qazan doldurur" Bərdədə Yol Hərəkətinin Təhlükəsizliyində ciddi problemlər var. Ötən ilin oktyabrında Bərdə Dövlət Yol Polisi Bölməsində aparılan kadr dəyişikliyi bu problemi nəinki aradan qaldırıb, hətta bir azda ağırlaşdırıb. Yeni təyin olunan rəis Cəlilov Anar Akif oğlu hamının təhlükəsizliyinə dəxli olan bir sahəni bazara çevirib.Yol hərəkətində təhlükələrə rəvac verən səlahiyyətli olub.
Sərxoş vəziyyətdə nəqliyyatı idarə etmək ictimai təhlükəli hərəkət hesab olunur.Belə vəziyyətdə avtomobil idarə edən şəxslər dəhşətli yol qəzaları törədir. Özlərilə bərabər başqalarınıda faciəyə qurban edirlər. Cəmiyyətdə belə şəxslər çox vaxt qınanırlar.Ancaq qınaq heçdə həmişə adamları ağılsız hərəkətdən çəkindirmir. Bunun üçündə qanunlar var. Qanuna əməl etməyən cəzalandırılır.Ya inzibati qaydada tənbeh olunur, ya da cinayət məsuliyyətinə cəlb edilir.
Bərdə DYP-nin rəisi Anar Akif oğlu Cəlilovun düşüncəsində isə olanlardan bəlli olur ki, sərxoş sürücüləri qanunların iradəsinə tabe eləmək yox, onların puluna sahib olmaq istəyi dayanır.
Sərxöş tutulan sürücülərə rəis Anar Cəlilov yaxşı gəlir mənbəyi, yağlı tikə kimi baxır. 500-700 manat pul çıxarda bilir.Fərasət belə olur də.Azərbaycanda bu pulu qazanmaq üçün gərək birinci yaxşı vəzifən olsun.İkinci bu pulu qazanmaq üçün kipriyinlə od götürəsən.Üçüncü nə gündüzün,nə də gecən olsun.Hey çalışasan. Bu pulu qazanmaq doğrudan çətindi.Ancaq Anar Cəlilov bir fışdırığa, ya bir fitə bu pulu sərxöş sürücülərdən qamarlayıb ala bilir.
Bərdədə can alan avtoqəzalar həyacan təbili çalır.Artıq bu qəzalar piyadalarında həyataına qəsd etmiş olur. Son vaxtlar bir çox hadisələr piyada ölümlərinə səbəb olub. Heç şübhəsiz bu olanlar Bərdə DYP-nin göstərdiyi fəaliyyətin nəticəsidir. Dediyimiz bazara Anar Cəlilovun başı elə qarışıbdı ki, ölən ya qalandan belə xəbəri olmur. Sərxoş sürücülər,ərkəsöyün qaqalar sürəti qaldırıb səkiyə,ordan ağaca, dirəklərə dırmanırlar. Yolunu gedən adamların əzrayılı olurlar.
Əzrayıl demişkən:İndi neyniyək ki , bədbəxt hadisələrin qarşısını almaq üçün DYP polisləri səylə çalışsın,can alan, ya canlarından olan sürücülərin həyatına yaranan təhlükənin qarşısını vaxtında almış olsun.
Bərdə regional mərkəz kimi hərəkətin çoxluğu,sıxlığı baxımından iri şəhərdi. Burada Yol Hərəkətinin Təhlükəsizliyi Qaydalarına ciddi əməl edilməlidir.Ancaq gəlin görək şəhərdə,hərəkətin sıxlığı baxımından lazım olan yerlərdə DYP əməkdaşlarını görmək olurmu?
Əfsuslar olsun ki, yox! Görünmürlər. Sürücülər qarmaqarışıq hərəkətlərlə kimi qəza vəziyyəti yaradır, kimisi bu təhlükədən özünü qorumağa çalışır.Bəs DYP əməkdaşları hardadı? Belə olan hallarda hamının gözü onları axtarır.Haqlıda olaraq "DYP əməkdaşları burda olmalıdır" deyirlər.
Piyada keçidlərində hərəkətin təhlükəsizliyinə nəzarət eliyən olurmu? Əfsuslar olsun ki, orda da yox! Biri piyadaya yol verdiyi halda digəri gözləmir.Qəzaya şərait yaradır, ya da ki qəza baş verir. Əgər piyada keçidlərində qaydalar belə gözlənilirsə, həmin keçidlər aldadıcı rol oynayırsa, onda bu keçidlərin bir faydası qalırmı? Bəlkə onları ləğv etmək daha məqsədəuyğundu.
İndi nə deyək duruma,onlar haradadı? Sovet dövründə Hindistan kinolarında hadisələr olur,qırğınlardan sonra polislər gəlib çıxırdı. Bizim polislərimizin də işi ona oxşayır. Qəzalardan sonra ortaya çıxırlar.
Elə əsas məsələdə budur. Niyə DYP əməkdaşları təhlükələri önləmək yox, qəzalara şərait yaradıb,ondan sonra ortaya çıxırlar. Sonra nələr olur o da məlumdur. İstintaq,izahatlar və təqsirkarın dərisini soyurlar.Hələ ondanda betər eliyirlər.canını alırlar.
Deməli qəzaların olması Bərdə rayon DYP-nin rəsi Anar Cəlilova lazımdır.Peşmançılıq, gözyaşlarından sonra boy atan pul ağacının barını dərib, gəlir mənbəyinə çevirsin.Şəxsi həyatının çiçəklənməsi və ailəsinin rifahının yaxşılaşdırmasının qayğısına qala bilsin.
Görəsən Anar Cəlilov bilirmi ki, onun dövlətdən aldığı maaş bizim büdcəyə ödədiyimiz vergilər və digər ödənişlər hesabınadır. Bu maaşı ona bizim təhlükəsizliyimizi təmin etməkdən ötrü verirlər.Onlara verilən bahalı xidməti avtomobillər Yol Hərəkətinin Təhlükəsizliyini təmin etmək üçündür.
Pis də maaş almırlar.Müəllim və həkimlərdən neçə dəfə artıq məvacibləri var. Almaniyada müəllimlərin maaşı bütün peşə sahiblərindən çoxdur. Digər peşədən olanlar maaşlarının müəllimlərə verilən qədər artırılmasını tələb eliyəndə: kansler Angele Merkel Sizi öyrədənlər Sizdən çox almalıdır-deyib və söhbəti qapadıb.Azərbaycanda DYP əməkdaşları indi neyniyək ki, müəllimdən hörmətlidi, onlarada müəllim deyirlər,əməyi də müəllimlərdən artıq qiymətləndirilir.Bizdə istiyərdik ki, DYP əməkdaşları dövlətin onlara qoyduğu hörmətə layiq olsun.Özlərinə hörmət qoysun, başqalarından "hörmət" ummasınlar.
Siam.az
ŞAHİN
Tarix: 23-05-2017, 15:30
Xəbəri paylaş





Xəbər lenti