Vərəm dispanserində BİABIRÇILIQ - VİDEO
Salyan Rayonu Vərəm Dispanserinin xəstəsi Coşqun Nuriyev bildirib ki, xəstəxanada onlara normal yemək verilmir. Unikal.org xəbər verir ki, bu barədə Nuriyev Kanal 13-ə şikayət məktubu göndərib. O, bildirib ki, gündəlik onlara çörək və süddən başqa heçnə verilmir. Şikayətçi xəstəxanada baş verənləri kameraya çəkərək kanala göndərib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məsələ ilə bağlı Kanal13-ə açıqlama verərək deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib.
"Onlara dövlət tərəfindən hər cür şərait yaradılıb. Xəstələr həm dərman maddələri, həmdə qida ilə təmin olunurlar".
Tarix: 26-05-2017, 14:04