Xocavənd sakinləri şikayətçidir - SƏBƏB
Redaksiyamıza Xocavənd sakinləri adından şikayət daxil olub. DİA.AZ olaraq həmin müraciəti olduğu kimi təqdim edirk:"Bu gün biz Xocavənd sakinlərin işıq sayğacı probleminin üstünə yeni bir problem də gəlib.Su problemi.Əhaliyə içməli su adı ilə srışt olunan suyun heç bir keyfiyyətindən danışmağa dəyməz.Qəsəbə yaranan gündən əhali içməli suyu ətraf rayonlardan maşınlarla gətirtdirib pul ilə satın alırlar.Haramıdan Qaçqınkomun xətti ilə çəkilən sudan isə yalnız məişət işləri üçün istifadə edilib.Deyilənlərə inansaq qaçqınlar üçün vurulmuş artezian quyularının iki yaxşısı Haramıda hərbçilərə və əkinçiliklə məşxul olan şirkətə satılıb.Qalan keyfiyyətsiz artezian quyularını isə,istifadə üçün Qaçqınların sərəncamına veriblər.Buna da bu günə qədər dözmək mümkün olub.Artıq bir aydır ki,o zaman tələm tələsik təhvil verilən su xətlərinin keyfiyyətsizliyi üzə çıxıb.Torpaq altında qalan boru xətləri qaynaq götürmədiyindən, hər tərəfdən partlamış,içərisinə isə həyətlərdə toplanmış mal sidiyi,cürbəcür yığılmış zir zibil,çöküntülər suya qarışaraq əhaliyə verilir.Bütün bunlara rəğmən isə,su pulunu əhalidən məcburən içməli su üçün nəzərdə tutulmuş tarifə uyğun olaraq,tonu 0,30 qəpikdən alırlar.Hansı ki,məişət suyunun qiyməti 0,15 qəpik olmalıdır.İndi yazıq camaat dərdlərini kiminlə bölüşməyi fikirləşə-fikirləşə qalıblar.Aldıqları beş on manat pulu bilmirlər,bu keyfiyyətsiz suya versinlər,yoxsa maşınlardan aldıqları su üçün ödəsinlər.İdarənin müdirisə bu mənim işim deyil deyərək yaxasını kənara çəkir".
Qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 30-05-2017, 18:12