Prezident Administrasiyasında dəyişikliklər Daşkəsənə uzanır: Əhəd Abıyev gedir - Eksklüziv

Prezident Administrasiyasında dəyişikliklər Daşkəsənə uzanır: Əhəd Abıyev gedir - Eksklüziv Prezident Administrasiyasında struktur və kadr dəyişiklikləri icra hakimiyyətlərində də yeniliklərin olacağı zərurəti yaradıb

Ulus.Az-a daxil olan xəbərə görə, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ilk dalğada vəzifəsini itirə bilər.

Onsuz dağ bölgəsinə icra başçısı getməsindən yaxın ətrafında gileylənmiş Ə.Abıyevin idarəçiliyi yuxarıların xoşuna gəlmir.

Ölkədə gedən islahatlar, yeni kadrların təyin olunması, prezidentin ingilis dili bilən, Qərb təhsili almış mütəxəssisləri vəzifələrə daşıması Ə.Abıyev və bşaqa köhnə qvardiya üzvlərinin istefası ilə müşayiət oluna bilər.

İcra hakimiyyətlərində komputeri bilməyən, sms oxumağı bacarmayan, sosial şəbəkələrdən uzaqda olan məmurlar işləyir. Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər.

Azərbaycanda icra hakimiyyəti strukturlarının səmərəsiz fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də bəyan olunub.

Bu illər ərzində rayon icra hakimiyyətləri mərkəzi hakimiyyətin verdiyi dəstəyin qarşılığında etimadı doğrultmadığı sübuta yetirilib.

O baxımdan PA-da olan mühüm dəyişikliklər RİH-lərinə də çatacağı qaçılmazdır. Bu xüsusatda bir neçə icra hakiminin yola salınması nəzərdə tutulub ki, Ə.Abıyevin də adı siyahıda keçir.

Prezident İlham Əliyevin icra hakimlərindən yeni tələbi də məhz səmərəsiz fəaliyyətlərini düzgün istiqamətə yönləndirməyə hesablanıb.

Ulus.Az-a daxil olan xəbərə görə, büdcə talanı və sahibkarların incidilməsindən savayı işi olmayan bəzi icra hakimlərinin əl-qolunu çırmalayıb investor axtarışına çıxması özünü təsdiqləmə mexanizmidir. Ə.Abıyev və başqa icra başçılarının investorlar cəlb edə bilmədiyi göz qabağındadır.

Mətbuatda gedən xəbərlərə görə, Daşkəsənin icra başçısı Əhəd Abıyev prezident İlham Əliyevin təyinatından illərdir ki, narazı qalıb.

Ucqar rayonun rəhbəri dövlət başçısının qərarına qarşı çıxaraq mərkəzi regionlardan birinə başçı getmək arzulayıb.

Hətta yaxın çevrəsində bu qərardan şikayətləndiyi bildirilir. Ancaq onu nə Bakı rayonlarından birinə rəhbər göndərirlər, nə parlamentdə yenə mandat.

Əksinə, son siyasi strategiya Ə.Abıyev, Gəncənin icra başçısı Elmar Vəliyev və başqa kadrların vəzifədən göndərilməsini şərtləndirib.

Prezident artıq yeni komanda ilə işləmək istəyir. Ə.Abıyev isə Daşkəsəndə bir daşı daş üstə qoymayıb. Onun rayonda hər hansı bir müsbət iş görməsiyini təsdiqləyən xəbər yayımlanmayıb.
Tarix: 5-06-2017, 20:24
Xəbəri paylaş





Xəbər lenti