Qubanın icra başçısından Prezidentə və I vitse Prezidentə ŞİKAYƏT

Qubanın icra başçısından Prezidentə və I vitse Prezidentə ŞİKAYƏT Elektron poçtumuza Ucar rayonu Dədə Qorqud yaşayış məhəlləsi, ev 7, mənzil 8-də yaşayan şəhid anası Ələkbərova Şahnaz Abbas qızı tərəfindən şikayət məktubu daxil olub. Şəhid anasının prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya üvanlanmış şikayət məktubunu olduğu kimi təqdim edirik:

“Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!


Yazıb sizə bildirirəm ki, Ucar Rayon İcra Hakimiyətinin sabiq icra başçıları Arzu Qafurov və Yaşar Məmmədov şəhid ruhuna hörmətsizlik edib, şəhidin haqqına giriblər. Belə ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsinə 2008-ci il tarixində dayanmışam. Həmin vaxt növbədə 54-cü sırada idim. Uzun müddət ərizələrlə müraciətlər etdikdən sonra Ucar Rayon İcra Hakimiyyətindən mənə cavab verilib ki, siz 2008-ci il tarixdə yox 2015-ci il tarixdə ev növbəsinə qeydə alınmısınız. İndi başa düşmüşəm ki, Ucarın sabiq icra başçısı, hazırda Qubada icra başçısı işləyən Yaşar Məmmədov məni aldadıb, ev növbəsinə qeydə aldırmayıb. Bu açıq-aşkar .....(red.təhqiramiz ifadə olduğundan çıxartmışıq) ki, qaniçən Ziya Məmmədovun xalası oğlu Yaşar Məmmədov edib.

Mənim oğlum Məhəmməd Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Bir oğlum da Fətəli 1-ci qrup Qarabağ müharibəsi əlilidir, iki oğlum isə Qarabağ müharibəsi iştirakçılarıdır. Həyat yoldaşım Mehdi Ələkbərov isə Böyük Vətən müharibəsi iştirakçısı olub. Qardaşım Rəsulov Qadir Abbas oğlu Qarabağ müharibəsində şəhid olub. Özüm qəhrəman anayam, 14 uşaq anasıyam. İndi evsizliyə görə qohumlarımın evində yaşamaq məcburiyyətində qalmışam. Çünki Ucar rayonunun Alpı kəndindəki evimiz iki otaqdan ibarətdir və iki oğlum ailəsi ilə orada darısqal şəraitdə yaşayırlar. Digər oğlum Polad isə kirayədə yaşayır. Mən buna görə qohumlarımın evində yaşamaq məcburiyyətindəyəm.
Bu, şəhid ruhuna edilən hörmətsizlikdir. Ucar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Yaşar Məmmədov şəhid ailəsi və Qarabağ müharibəsi əlili olmayan çoxlu sayda şəxslərə həmin evlərdən mənzillər verib ki, bunun araşdırılması vacibdir. Çünki onlardan pul alıblar. Mənim isə bu korrupsionerə verməyə pulum yoxdur, halal adımız var. Bu, korrupsiya cinayətidir. Bizim ailə vətənpərvər ailədir, buna görə fəxr edirik, qürur duyuruq. Bir dəfə keçmiş deputat Elton Məmmədov Ucarda ev orderləri paylayan zaman ondan bizim ailəyə də ev verilməsini xahiş etdim, “məni bezdirmisiniz” deyib polis çağırtdırdı, məni döydürdü. Allah da bu qudurmuş Ziya Məmmədovun özünü və yaxınlarını belə cəzalandırıdı.

Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!

Mən sizə inanıram. İnanıram ki, bu şikayət ərizəmi sizin şəxsi nəzarətinizlə obyektiv araşdırıb, qanuni tədbirlər görəcəklər. Şəhid ailəsinə mənzil verilməsinə köməklik edəcəyinizə inanıram.
Sizdən xahiş edirəm ki, nümayəndənizi Ucar rayonuna göndərəsiniz, gəlib yaşayışıma baxıb, şikayət ərizəmdə göstərdiyim faktları yerindəcə mənim iştirakımla araşdırıb, qanuni tədbirlər görülməsinə tapşırıq verəsiniz və mənzillə təmin olunmağımıza yaxından köməklik göstərəsiniz. Əvvəlcədən SİZƏ minnətdarlığımı bildirirəm.

Oğlum Poladın əlaqə telefonu: (051) 347-62-53”

Şəhid anasının şikayət ərizəsində ittiham etdiyi şəxslərin də mövqeyini olduğu kimi yayımlamağa hazırıq.


Moderator.az
Tarix: 5-06-2017, 22:38
Xəbəri paylaş





Xəbər lenti