"Uçuq bir evdə yaşayırıq..." - Ağdamdan GİLEY

"Uçuq bir evdə yaşayırıq..." - Ağdamdan GİLEY Ağdam rayonunun Evoğlu kəndində yaşayan Cəfərov Elmir rayon Məşğulluq İdarəsinin rəhbərindən şikayətçidir.

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən E. Cəfərov bildirib ki, ona ödənilməli olan 4000 manat pul hələ də verilmir:


“Mən və həyat yoldaşım işsizdir. Kasıb bir ailəyik. Uçuq bir evdə yaşayırıq. Evin döşəməsi də torpaqdandır. 1 ildir ki, Ağdam Məşğulluq Xidməti vasitəsi ilə "özünə məşğulluq" proqramına qoşulmuşam. Bir çox məşğələlərdə iştirak etmişəm və imtahanlar vermişəm. Dövlət tərəfindən "özünə məşğulluq" proqramı ilə bizim ailəmizə 4000 manat vəsait ayrılıb ki, bizə sərf edilsin. Ancaq Ağdam Məşğulluq xidmətinin direktoru Elşən Rüstəmov həmin vəsaiti bizə verməyi yubadaraq bir ilə yaxındır ki, başımıza Allahın müsibətini açır. Deyirlər ki, pulu sizə vermək üçün hər hansı bir avadanlıq tapmalısınız. Mən də traktor tapmışam və onu Məşğulluq İdarəsi hesabımda olan vəsait hesabına almalıdır. Ancaq direktor həmin pulla traktoru almır”.

"Uçuq bir evdə yaşayırıq..." - Ağdamdan GİLEY

“Qafqazinfo” sözügedən şikayətlə bağlı rayon Məşğulluq İdarəsinin direktoru Elşən Rüstəmovla əlaqə saxlayıb. O deyib ki, ötən il Elmir Cəfərov layihəyə dəvət olunub: “Beynəlxalq təşkilatlar tərəfindən təlim keçirilirdi. Ancaq Elmir Cəfərov dedi ki, traktor istəyir. Amma layihə heyvandarlıq, südçülük, arıçılıq sahələri üçün nəzərdə tutulmuşdu. Ona deyildi ki, bizdə traktor layihəsi yoxdur və təlimdən çıxarıldı.

Onun hesabına vəsait də köçürülməyib. Təlimə də gəlməyib. Ayın 25-də yanıma gəlmişdi. Pambıq zavodunda fəhlə işi təklif etdim, ancaq getmədi. Biz ancaq işə düzəltmə ilə məşğul oluruq, kiməsə traktor almırıq”.
Tarix: 28-09-2017, 16:19
Xəbəri paylaş





Xəbər lenti