Nazir rəisi işdən çıxardı

Nazir rəisi işdən çıxardı Ağcabədi rayon Baytarlıq İdarəsinin rəisi Nazir Cəfərov işdən çıxarılıb.

"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, bununla bağlı əmri kənd təsərrüfatı naziri Heydər Əsədov imzalayıb.

Məlumata görə, N.Cəfərov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

İdarə rəisi vəzifəsinə yeni təyinat olmayıb və bu iş müvəqqəti olaraq rəis müavini Habil İsmayılova tapşırılıb.
Tarix: 11-11-2017, 21:03
Xəbəri paylaş





Xəbər lenti