Beyləqan DYP-də BİABIRÇILIQ: Polislər qadını döyüb ağır xəsarət yetirdilər - tibbi eksperti zibilə saldılar - TƏCİLİ
Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Taleh və Rövşən adlı əməkdaşları barəsində redaksiyaya məlumat daxil olub. Belə ki, adları çəkilən DYP əməkdaşları Ramiz adlı şəxsi operativ nəqliyyat vasitəsi ilə xidmət göstərərək bir qadını döydürdülər. Beyləqan rayonunda fəaliyyət göstərən Fazil adlı tibbi eksperti isə bununla bağlı 70 manat pul müqabilində Taleh və Rövşən adlı polis əməkdaşları göz önündə köməksiz qadını amansızcasına döyən Ramiz adlı şəxsə yalan olaraq xəsarətlərin olması barədə rəy verilməsi bildirilir.Təbii ki köməksiz qadını amansızcasına döymüş Ramiz adlı şəxs özünü duruya çıxarmaq və məsuliyyətdən yayınması məqsədi ilə 70 manat müqabilində saxta rəy alması və Taleh və Rövşən adlı polis əməkdaşlarının gözü önündə bir köməksiz azərbaycanlı qadının döyülməsi sözssüz ki, dəşətli bir haldır və bağışlanmazdır.Azerinews.org-a daxil olan xəbərdə qeyd edilir ki hadisə operativ nəqliyyat vasitəsinin qarşısında baş verdiyindən bütün baş verənlər operativ nəqliyyat vasitəsində quraşdırılmış videoqeydiyyat kamerasına qeydə alınmış və bu faktı gizlətmək məqsədi ilə şəxsi maraqlardan həmin videonu polis əməkdaşları silmişlər. Polis əməkdaşlarının gözü önündə amansız şəkildə döyülən köməksiz azərbaycan qadını nəticədə müxtəlif cür bədən xəsarətləri almışdır. Həmin qadının xəsarətləri tibbi ekspertizanın rəyi ilə təsdiq olunmuşdur. Həmin hadisəni polis əməkdaşları operativ nəqliyyat vasitəsinə quraşdırılmış videokameralarından silsələr də, hadisə zamanı bir qədər kənarda olan və hadisəni görən taksi sürücüsü Beyləqan şəhər sakini öz mobil telefonun video kamerası vasitəsi ilə tam olmasada hadisəni bir neçə dəqiqəlik qeydə almışdır. Hadisədə açıq aşkar görünür ki, iki polis əməkdaşın gözü önündə köməksiz bir qadını bir bir nəfər şəxs döyür və bunu görən polis əməkdaşları hərəkətsizlik edərək, həmin şəxsə qarşa heç bir qanuni tədbir görmür. Çox güman ki, qadını amansızcasına döyərək xəsarətlər yetirən Ramiz adlı şəxslə həmin polis əməkdaşların qohumluq əlaqəsi vardır.
Onu deyə bilərik ki, ekspert kimi fəaliyyət göstərən Fazilin, köməksiz qadını döyərək xəsarətlər yetirmiş Ramiz adlı şəxsin, polis əməkdaşları olan Rövşən və Talehin taleyi bu hadisə ilə bağlı heç də yaxşı görünmür. Həmin polis əməkdaşları daxili işlər orqanlarından xaric edilmə məsələsi də baxıla bilər.Həmin döyülən qadın toplanmış materialları maddi sübutla birgə Baş Prokurorluğa təqdim etməyi hazırlaşır. Bu hadisə ilə bağlı araşdırmamız hələdə davam edir.
Azerinews.org
Anar
Tarix: 12-11-2017, 15:47