Ağcabədidə “prava” bahalaşdı: rəislə müavinin mülklərinin şok – Siyahısı

Ağcabədidə “prava” bahalaşdı: rəislə müavinin mülklərinin şok – Siyahısı Baş Dövlət Yol Polis İdarəsinin Ağcabədi rayonunda 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsində sürücülük vəsiqəsi bahalaşıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, rəis Babək Mərdanovla, müavini Xaqani Təhməzov "Tarif Şurası"nın qərarına uyğun addım atıblar.

Məlumatda qeyd olunur ki, ölkədə dolların manat nisbətən bahalaşmasından sonra 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsində sürücülük vəsiqələrinin qiymətləri xeyli qaldırılıb.


Belə ki, əvvəllər Ağcabədi 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin B kateqoriyası üzrə sürücülük vəsiqəsi 500-600 manata başa gəlirdisə, artıq indi bu rəqəm 800-900 manata qədər artırılıb.

Adının açıqlanmasını istəməyən şəxslər bildirirlər ki, 6 saylı şöbədə sürücü vəsiqəsi biznesində qiymətlərin qalxma prosesində əsas rolu şöbə rəisi Babək Mərdanovla müavini Xaqani Təhməzov oynayır.

Hazırda Ağcabədi 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsində şıdırğı «prava» alverinin gedir. BC kateqoriyası üzrə sürücülük vəsiqələrinə görə tələb olunan məbləğ 900 – 1000 manat təşkil edir. E kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir.

Mənbə bildirib ki, Babək Mərdanovla Xaqani Təhməzov vətəndaşlardan aldıqları qanunsuz rüşvətin hesabına özlərinə dəbdəbəli həyat şəraiti qurublar.

Şöbə rəisi ilə müavinin var dövləti bir neçə milyon manatlarla ölçülür. Dəyəri milyon manatla ölçülən bu qədər sərvəti şübhəsiz ki, şöbə rəisi ilə müavini məvacibləri hesabına əldə edə bilməzlər.

Görünür Babək Mərdanovla müavini Xaqani Təhməzov sürücü vəsiqəsi üçün vətəndaşlardan aldıqları rüşvəti sistemli şəkilə salaraq yaxşıca qazanc əldə edirlər.

Vurğulanır ki, 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Babək Mərdanov müavini Xəqani Təhməzovla birlikdə Göygöl rayonun mənzərəli yerində dəbdəbəli villa tikdiriblər.

Həmin villaların bazar qiyməti isə yarım milyon manata yaxın olduğu deyilir. Rəislə müavinin var dövləti dəbdəbəli villa ilə bitmir.

Belə ki, Babək Mərdanovla Xaqani Təhməzovun ayrı ayrılıqda Ağcabədi rayonunda yüz hektarlarla torpaq sahələri və böyük qoyunçuluq təsərrüfatları mövcuddur.
Babək Mərdanovla müavinin Bakı və Gəncə şəhərlərində bir neçə obyekt və evləri var. Bu evlərin və obyektlərin hər birinin qiyməti yüz min manatdan çoxdur. Rəislə müavinin Ağcabədi şəhərində fəaliyyət göstərən mərkəzi bazarında 2 böyük supermarketi və çayxanası olduğu da qeyd edilir.

Daha sonra isə obyektiv.org bildirir ki, Ağcabədi rayonundakı 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsi Ağdam, Beyləqan, Zərdab, Ağdərə, Şuşa, Xankəndi, Xocalı və Xocavənd rayonlarına xidmət göstərir. Rayon sakinlərinin redaksiyamıza göndərdiyi bu məlumatlar və ittihamlarla bağlı qarşı tərəfi dinləməyə hazırıq.

Emtv.az
Tarix: 14-11-2017, 00:22
Xəbəri paylaş





Xəbər lenti