İcra başçısının müavini fəhləni döydü
Məlumatda bildirilir ki, Həsən Həsənov ondan maaşının ödənilməsini istəyən fəhləyə kobud şəkildə cavab veribMəmurla fəhlənin arasında başlanan mübahisə qızışınca qəzəblənən H.Həsənov bundan sonra onu döyməyə başlayıb. Digər fəhlələrin gözü qarşısında baş verən hadisəyə heç kəs müdaxilə etməyib. Həsən Həsənov fəhləni döydükdən sonra onu pulunu vermədən işdən də qovub. Digər fəhlələri isə təhdid edərək deyib ki, “bu hadisədən kiminsə xəbəri olsa, siz də eyni aqibəti yaşayacaqsınız”.
Mənbəmiz iddia edir ki, bu, Həsən Həsənovun son zamanlarda göstərdiyi ilk “qəhrəmanlıq” deyil. Bir müddət əvvəl Həsən Həsənovla Sabirabad RİH başçısının müavini Heydər Yaqubovun qardaşı Füzuli Yaqubov arasında da rayonun mərkəzi küçələrinin birində əlbəyaxa dava olmuşdu. Sabirabad rayonunun mərkəzində özünə ticarət mərkəzi tikdirmək istəyən Füzuli Yaqubov H.Həsənovdan “yox” cavabı aldıqdan sonra Rusiya prezidenti Vladimir Putinə şikayət məktubu yazmışdı. Bu məktubdan xəbər tutan Prezident Administrasiyası isə Sabirabadın icra başçısı Nazim İsmayılova məsələ ilə bağlı tədbir görülməsi barədə göstəriş vermişdi. Bu barədə mətbuatda da yazılmışdı.
Bu məlumatla bağlı H.Həsənovun mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Onun da mövqeyini işıqlandırmağa hazırıq.
Palitika.Az
Tarix: 19-11-2017, 13:37