Şərur təhsil idarəsinin müdiri həbs edilib? - təfsilat

Şərur təhsil idarəsinin müdiri həbs edilib? - təfsilat Naxçıvan Muxtar Respublikasının Şərur rayon Təhsil idarəsinin müdiri Zaur Həsənov işdən azad edilib.

Etibarlı mənbənin AFN-ə verdiyi məlumata görə, Zaur Həsənov işdən çıxarılandan sonra saxlanılıb.

Həsənovun adı vaxtıyla müxtəlif qalmaqallarda hallanıb. Bir il əvvəl Şərur rayon müəllimlərindən biri Zaur Həsənovu bıçaqlamışdı. Hadisə rayonun Arbatan kəndində baş vermişdi. Dərs saatı ilə bağlı kənd məktəbinin müəllimlərindən biri ilə Zaur Həsənov arasında mübahisə yaranmışdı. O vaxt mübahisə qızışaraq dava-dalaşa səbəb olmuşdu. Nəticədə müəllim Zaur Həsənova bıçaqla xəsarət yetirmişdi.
Tarix: 20-11-2017, 23:12
Xəbəri paylaş





Xəbər lenti