Azəbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrinə əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad Regional nümayəndəliyinin 1 iyul 2015-ci il tarixdən 4 iyul 2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyətinin daxili auditi aparııb. Azərbaycan İnformasiya Mərkəzi bildirir ki, audit nəticəsində mineral gübrələrin saxlanılması və istifadəsi ilə bağlı nümayəndəliyin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilib. Müəyyən edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Nazir Heydər Əsədov töhmət verməklə və işdən azad etməklə kifayətlənirAzərbaycan İnformasiya Mərkəzinin apardığı araşdırmalara görə, bu, "Aqrolizinq"in yerli bölmələrinin ilk saxtakarlığı və korrupsiya hallarına yol verməsi faktı deyil. Araşdırmalarımıza görə, bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyində “Pambıq istehsalı və taxıl biçininə hazırlıq, habelə məhsul istehsalçılarının əsas və dövriyyə vəsaitləri ilə təminatı sahəsində “Aqrolizinq” ASC tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Həmin iclasda “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov Səhmdar Cəmiyyətin illik fəaliyyəti, o cümlədən 2016-cı ildə Səhmdar Cəmiyyət tərəfindən Avropanın qabaqcıl texnika istehsalçıları olan ölkələrindən ən müasir müxtəlif kənd təsərrüfatı texnikalarının, eləcə də pambıqçılıqda istifadə olunan yeni texnikaların alınıb respublikaya gətirilməsi və güzəştli şərtlərlə lizinq yolu ilə fermerlərə verilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər, gübrələrin güzəştli şərtlərlə məhsul istehsalçılarına verilməsi barədə məlumat verib. O, “Aqrolizinq” ASC-nin bir sıra regional nümayəndəliklərinin rayon bölmələrində, o cümlədən Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan, Bərdə, Ağsu, Şamaxı, Tərtər, Qəbələ, Ağdaş, Tovuz və Salyan rayon bölmələrində gübrələrin saxlanmasında, satışında, vəsaitlərin daxil olmasında, eyni zamanda qısa müddətli lizinqə verilən taxılyığan kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən vəsaitlərin daxil olmasında olan nöqsanlar və çatışmazlıqlar barədə danışıb.
Nazirliyin Texniki siyasət şöbəsinin müdiri Köçəri İmanov “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin anbarlarında mineral gübrələrin təlimat və fitosanitar qaydaların tələblərinə uyğun olaraq yığılıb saxlanması, anbarların mövcud vəziyyəti və aparılan monitorinqlərin nəticələrinə əsasən müəyyən olunan nöqsan və çatışmazlıqlar barədə geniş məlumat verib.
Kollegiyada fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə “Aqrolizinq” ASC-nin Sabirabad Regional Nümayəndəliyinin direktoru Şakir Həsənov, Ağcabədi Regional Nümayəndəliyinin direktoru Atamoğlan Babayev, “Aqrolizinq” ASC-nin Ağsu rayon bölməsinin rəhbəri Tofiq Abdullayev və Şamaxı rayon bölməsinin rəhbəri Sərxan Fətullayev tutduqları vəzifədən azad olunmuş, fəaliyyətlərinin araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi, həmçinin Xaçmaz Regional Nümayəndəliyinin direktoruna, Səhmdar Cəmiyyətin Saatlı, Tovuz və Ağdaş rayon bölmələrinin rəhbərlərinə şiddətli töhmət, Qazax və İsmayıllı rayon bölmələrinin rəhbərlərinə töhmət verilmiş, fəaliyyətlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi tədbir görüləcəyi nəzərlərinə çatdırılıb. Həmçinin “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova ciddi xəbərdarlıq, Səhmdar Cəmiyyətin Damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri Kamil Şamilova isə şiddətli töhmət verilib.
Ancaq işdən azad edilmə, töhmət və şiddətli töhmət verilmə tədbirləri hələ də saxtakarlıqların və korrupsiya hallarının qarşısını tam ala bilmir.
Mineral gübrələr çox təhlükəlidirAraşdırmalarımıza görə, mineral gübrələr tərkibindəki qida elemntlərinin sayına görə sadə (birelementli), kombinə edilmiş (ikielementli) və mürəkkəb, yaxud kompleks (çoxelementli) növlərə bölünür. Əslində bütün mineral gübrələrin tərkibində bir neçə kimyəvi element olur, bunların da bəziləri bitkilərə ziyan gətirə bilər. Bütün sadə gübrələrdə (ammonyak şorası, sidik cövhəri, superfosfat) mikroelementlər; sulfatlarda (kalium, maqnezium, ammonium) kükürd; superfosfatda ftor, kalium duzlarında və kalium xlordiddə xlor və natrium olur ki, bunların miqdarı az olduqda bitkilərə xeyir, artıq olduqda isə ziyan yetirir. Gübrələrdən heç biri bitkilərin yüksək məhsuldarlığını ayrılıqda təmin edə bilinir. Odur ki, hətta kompleks gübrələrlə əlavə yemləmələr zamanı digər mineral, yaxud üzvi gebrələrdən də istifadə olunmalıdır. Bitkiçilikdə bitkilərin böyüməsinə və məhsuldarlığına səmərəli təsir edən çoxlu gübrə növlərindən istifadə edirlər.
Ammonium nitrat azot gübrəsidir, 33-35 faiz azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır. Azotlu gübrələr yaz vaxtı bitkilərə xüsusən çox lazım olur. Şitillik torpaqları əlavə yemləndirilmələrdən ötrü əlverişlidir. Suda asan həll olur. Ən çox turş olmayan torpaqlar üçün məsləhət görülür.
Ammonium sulfat azot gübrəsidir, tərkibində 20-21faiz azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır. Azotlu gübrələr yaz vaxtı bitkilərə xüsusən çox lazım olur. Turş olmayan torpaqlar üçün məsləhət görülür.
Karbamid azot gübrəsidir, tərkibində 46 faiz azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır. Azotlu gübrələr yaz vaxtı bitkilərə xüsusən çox lazım olur. Əksərən əlavə yemləmələrdə istifadə olunur. Suda asan həll olur. Turş olmayan torpaqlar üçün məsləhət görülür.
Superfosfat gürbəsi bütün torpaq tipləri üçün istifadə edilə bilər. Turş torpaqlarda bu gübrə verilməzdən əvvəl torpaq əhənglənməlidir.
Ammofos gübrəsinin tərkibində 52 faiz fosfor, 12 faiz azot var. Həm payızda şum altına və həm də yemləmə şəklində vegetasiya dövründə verilə bilər. Bütün bitkilərin köklərinə verilir. İstixanalarda tez-tez istifadə edilir, suda yaxşı həll olur.
Kalium sulfat gübrəsinin tərkibində 45-50 faiz kalium, 48-50 faiz kalium oksidi var. Şitilliklərdə torpağın əsas hazırlanmasında, şitil qarışıqlarında və lavə yemləmələrdə istifadə olunur. Bütün torpaqlar üçün yararlıdır. Torpaqları bir az turşulaşdıra bilir. Turş torpaqlarda əhəngləşdirmə ilə birgə aparılmalıdır. Suda yaxşı həll olur.
Bəzi gübrələrin normadan artıq verilməsi torpağın şorlaşmasına səbəb ola bilərAmmonyak şorası azot gübrəsidir, tərkibində 33-35 faiz azot elementi var, suda asan həll olur, torpağa bitkilərin əkilməsindən əvvəl verilməlidir, şitillik torpaqları əlavə yemləndirmələrdən ötrü əlverişlidir. Onu ağzı bağlı qabda, quru və sərin yerdə, oddan kənarda saxlamaq lazımdır.
Dənəvərləşdirilmiş ikiqat superfosfat fosfor gübrəsidir, tərkibində 18 faiz fosfor elementi var, isti suda daha yaxşı həll olur, çöküntü verir, saxlama zamanı yapıxmır, payızda, yaxud erkən yazda əsas yemləmədə (səpmə və əkmə zamanı cızlara və çalalara) istifadə olunur, əlavə yemləmələrdə nadir hallarda işlədilir.
Presipitat fosfor gübrəsidir, tərkibində 38 faiz fosfor elementi vardır, suda həll olmur, payızda torpağı əsas gübrələmə üçün istifadə edilir, yaxşı saxlanılır.
Kalium-sulfat ən yaxşı kalium gübrəsidir, tərkibində 45-50 faiz kalium elementi vardır, suda yaxşı həll olur və saxlanılır. Şitilliklərdə torpağın əsas hazırlanmasında, şitil qarışıqlarında və əlavə yemləmələrdə istifadə olunur. Əlavə olaraq, tərkibində 18 faiz kükürd var.
Maqnezium-sulfat maqnezium gübrəsidir, tərkibində 10% maqnezium elementi var, suda yaxşı həll olur və saxlanılır, torpağın əsas yaz hazırlanması, şitillik və istixana torpaqlarının hazırlanması zamanı və əlavə yemləmələrdə işlədilir. Əlavə olaraq, tərkibində 13 faiz var.
Kalsium şorası kalsium gübrəsidir, tərkibində 22 faiz kalsium elementi var, suda yaxşı həll olur, yalnıq quru yerdə örtülü qablarda saxlanmalıdır, əlavə yemləmələrdə istifadə edilir. Tərkibində, əlavə olaraq 15 faiz azot vardır.
Kalium şorası kalium-azot gübrəsidir,tərkibində 38 faiz kalium və 13 faiz azot vardır, suda yaxşı həll olur, saxlanır, istixanalarda bitkilərin əlavə yemləndirilməsindən ötrü ən yaxşı gübrədir.
Kalimaqneziya kalium-maqnezium gübrəsidir, tərkibində 26-28 faiz kalium və 16 faiz maqnezium var, çöküntü ilə həll olunur, əsas hazırlanmalarda və əlavə yemləndirmələrdə istifadə edilir.
Nitrofoska tərkibində 11 faiz azot, 10 faiz fosfor, 1P/0 kalium var. Yaxşı saxlanır, suda həll edildikdə fosfor birləşməsi şəklində çöküntü əmələ gətirir, çox vaxt bitkilərə ləng təsir etdiyi üçün əsasən hazırlamalarda, az hallarda əlavə yemləmələrdə istifadə olunur.
Ammofos fosfor – azot gübrəsidir, tərkibində 52 faiz fosfor və 18 faiz azot vardır, suda yaxşı həll olur, saxlanır, əsas hazırlamalarda bütün bitkilərin kökünə verilir, istixanalarda tez-tez istifadə edilir. Fosfor çatışmazlığı böyük olduqda əlavə yemləmələdr də istifadə edilir.
Rastvorinlər tərkibində 10 faizdən 20 faizədək azot, 5 faizdən 40 faizədək fosfor, 6 faizdən 20 faizədək maqnezium vardır. Yaxşı saxlnır və suda tam həll olurlar. Bitkilərə tez təsir göstərdiyi üçün yalnız əlavə yemləmələrdə istifadə edilməsi məsləhətdir.
Torpağın əsas hazırlanmasında, şitillik torpaqlarında və əlavə yemləmələrdə mikrogübrələrdən dəmir, mis, sink, manqan-sulfatlar, bor turşusu, ammonium-molibden, kobalt-nitrat, kalium-yod istifadə olunur. Bəzən bu gübrələr kompleks növdə (həblərdə) buraxılır.
Mineral gübrələrin əksəriyyəti torpaq məhlulunu müxtəlif dərəcədə turşudur, yalnız kalsium şorası qələviləşdirir. Bəzi gübrələrin normadan artıq verilməsi torpağın fosfor və sulfatla şorlaşmasına səbəb ola bilər.
Üzvi gübrələrdən istifadə, torpağın şum qatının bütün dərinliyinə çatıdırılması, diqqətlə hazırlanması və bərabər verilməsi, şum qatının bütün dərinliyinə məhlul şəklində tökülməsi, əlavə yemləmələrdə gübrə növləriin dəyişdirilməsi, hər bitkinin kökünə vaxtında verilməsi mineral gübrələrin səmərəli təsirini yüksəldir.
Hər bir təsərrüfatçı gübrələrdən daha yaxşı istifadə etməyə nail olmaq üçün müəyyən təcrübə toplamalıdır.
Gübrələr və əhəng materialı ilə işləməyə 18 yaşdan yuxarı şəxslərə icazə verilirAraşdırmalarımıza görə, "Mineral gübrələrin saxlanması, daşınması və istifadəsi üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimat" mövcuddur. Bu təlimat “Pestisidlər və aqrokimyəvi maddələr haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə və “Aqrar bölmədə lızınqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Rrezidentinin 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli Sərəncamına əlavə edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamına əsasən hazırlanıb. “Aqrolizinq” ASC-nin əmri ilə mineral gübrələrin qəbulu, saxlanması və anbarlardan buraxılması zamanı müvafiq təlimat qaydalarına əməl olunmasına məsuliyyət müdirin, anbardarın və ya başqa vəzifəli şəxsin üzərində saxlanılır. Həmin şəxslər mineral gübrələrin anbarlardan qorunub-saxlanmasına, anbarlarda iş zamanı təhlükəsizlik qaydalarına əməl olunmasına, anbar uçotu kitabında mineral gübrələrin mədaxili və məxaricinə dair vaxtında,dəqiq qeydiyyat aparılmasına məsuliyyət daşıyırlar. Həmçinin mineral gübrələrin və başqa maddi qiymətlərin qalığına dair tələb olunan müddətlərdə hesabat təqdim etməlidirlər.
Anbarlarda hər bir gübrə növü hərəkət etdirilə bilən, yaxud yığılıb-sökülən arakəsmələrdən dəstləşdirilən ayrıca bölmələrdə qorunub-saxlanılmalıdır. Hər bir bölmənin daimi nömrəsi və gübrələrin adı, təsiredici maddələrin faizlə miqdarı yazılan etiketi olmalıdır. Gübrələri anbara yığarkən həcm ölçülərinin çəki göstəricilərinə çevirilməsi cədvəlindən istifadə etmək tövsiyyə olunur.
Uyğunlaşdırılmış binalarda və anbarlarda mineral gübrələr saxlanılan zaman aşağıdakı qaydalara əməl olunmalıdır:
*mineral gübrələrin müxtəlif növlərinin və formalarının qarışdırılmasına yol verilməməlidir;*qablaşdırılmış formada olan gübrələr 12-15 yaruslu ştabellərdə qalaq vurulmalı, qalağın dayanıqlığının artırılması məqsədilə kisələr çarpaz şəkilində yığılmalıdır;
*qabsız gətirilən gübrələr tığlarda saxlanılmalı, tığların hündürlüyü 2,5-3,4 metr, dənəvər superfosfatın, fosforit ununun və tomasşlaq qalağının hündürlüyü isə maksimum 5-6 metr olmalıdır;
*anbar binasının ətrafında su axıdan kanal qazılmalı və içərisi vaxtlı-vaxtında təmizlənməlidir;
*havalar quraq keçdikdə gübrə anbarlarının havası dəyişdirilməlidir;
*gübrə anbarları yaşayış və ictimai binalardan ən azı 200 metr məsafədə yerləşdirilməlidir;
*ammonium şoras (slitra) saxlanılan anbarlarda pəncərə, qapı və darvazadan başqa ağacdan düzəldilmiş digər əşyaların quraşdırılması qadağandır;
*mineral gübrələrlə bir anbarda yanar maddələr (neft məhsulları, saman və sairə ) saxlamaq qadağan olunur:
*kənd təsərrüfatı maşınlarının, avadanlıqlarının və ehtiyat hissələrinin mineral gübrələrlə bir anbarda saxlanılmasına icazə verilmir;
*ammonium şoras bitium kağız və polietilen kisələrdə olmaqla xüsusi ayaqlı altlıq üzərinə yığılmalıdır. Ştabellər arasında həmçinin şrabellərlə binanın divarı arasında 1m enində məsafə saxlanılmalıdır (gediş-gəliş üçün) Bir ştabelə yığılmış gübrənin miqdarı 120 tondan çox olmamalıdır. Oksidləşdirici maddə olmaqla partlayış törədə bilan ammonium şoras saxlanılan anbarlarda siqaret çəkmək, açıq alovdan,qızdırıcı cihazıardan istifadə etmək olmaz;
*yanğın baş verdikdə alovu söndürmək məqsədilə yalnız sudan istifadə etmək lazımdır.Yanğını söndürən zaman əmələ gələn oksidləşmiş azot qazlarınından qorunmaq üçün əleyhqazdan istifadə etmək lazımdır;
*yükləmə və boşaltma zamanı itkinin qarşısını almaq üçün anbarın döşəməsi mütləq xassələri dəyişir.onlar nəmləşir və dənəvərliyi itir;
*Anbarda, yaxud kənarda mineral gübrələrlə (ammonium nitratla) işlədikdə müvafiq təlimat qaydalarına uyğun olaraq bütün işçilər fərdi mühafizə vasitələri ilə ( kombinizon. rezin əlcək. raspirator. rezin və ya gön çəkmə. eynək ) təmin olunmalıdırlar;
*maye ammonyakla işləyən zaman təhlükəsizlik qaydalarına xüsusilə dəqiq əməl olunmalıdır. Maye ammonyakın daşınması və saxlanılması zamanı o, yalnız ağzı germetik bağlanan rezervatorlarda olmalıdır;
*gübrələr və əhəng materialı ilə işləməyə 18 yaşdan yuxarı şəxslərə icazə verilir.Bütün işçilər (anbardar, fəhlələr, mexanizatorlar və c.) işə başlamazdan əvvəl texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə təlimatlandırılmalı,eyni zamanda kitabda qeyd olunmalıdır.Əməyin mühafizəsi və sanitariya qaydalatına dair təlimatlar anbarda diqqətçəkən yerdən asılmalıdır.
Sözügedən təlimata nə cür əməl edildiyini isə nazir Heydər Əsədov araşdırmalı və ictimaiyyətə məlumat vermıəlidir.
Təbriz VƏFALI
Tarix: 27-11-2017, 15:15