2 il 10 ay işləyən başçılar və ya yeni başçı kimdir?

2 il 10 ay işləyən başçılar və ya yeni başçı kimdir?
Prezident İlham Əliyevin sərəncamı ilə Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov vəzifədən azad edilib və onun yerinə Ziyəddin Əliyev təyin edilib.

Axar.az xatırladır ki, 1956-cı il təvəllüdlü Yaşar Qəhrəman oğlu Məmmədov cəmi 2 il 10 ay Qubanın icra başçısı vəzifəsini icra edə bilib. Ağdaş Rayon Polis Şöbəsinin rəisi kimi hüquq-mühafizə orqanlarındakı karyerasını vaxtından əvvəl – 53 yaşında başa vuran Y.Məmmədov 2010-cu ilin aprelindən 2015-ci ilin yanvar ayına kimi Ucar Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 27 yanvar 2015-ci ildən isə Quba rayonuna başçılıq edirdi.

Maraqlıdır ki, onun sələfi Mübariz Ağayev də uzun müddət çalışmadı. 2012-ci ildə qalmaqallı başçı, Qubada narazılıq yaratdığı üçün prezidentin vəzifədən dərhal azad etdiyi Rauf Həbibovu əvəzləyən və 15 mart 2012-ci ildə Quba rayonuna başçı təyin edilən M.Ağayev də xələfi kimi təxminən 2 il 10 aydan sonra görəvdən alındı və Göyçay rayonuna başçı təyin edildi. Ancaq cəmi 1,4 ildən sonra Göyçay rayon icra başçısı vəzifəsindən azad edildi və artıq icra strukturunda çalışmır.

Qubaya yeni təyin edilən başçı Ziyəddin İsmayıl oğlu Əliyev haqda isə geniş bilgi yoxdur. Bilinən yalnız odur ki, Ziyəddin Əliyev Azəravtoyol ASC-də çalışıb, bu ilin əvvəlində isə “Əməkdar mühəndis” fəxri adı verilib.
Tarix: 2-12-2017, 22:30
Xəbəri paylaş





Xəbər lenti