Prezidentin sərəncamı ilə Azərbaycanın təhsil naziri işdən çıxarıldı. Misir Mərdanovun nazir işlədiyi dönəmdə rüşvətxorluq faktlarına daha qabarıq şəkildə rast gəlinsə də rəhbərliyin təhsil sahəsinə nəzarəti daha təsirli idi. Mikayıl Cabbarovun gənc, humanist və bu sahədə səriştəsinin kifayət qədər olmaması səbəbindən bölgələrdə orta təhsil müəssisələrində bir sıra nöqsanlar çoxalmaq üzrə idi. Düzdür, Mikayıl Cabbarovun kadr siyasətində nəinki rüşvət rol oynayırdı, ümumiyyətlə yox idi. Ancaq bununla paralel olaraq durmadan artmaqda olan müəyyən boşluqlar da meydana gəlmişdi. Məsələn, bu gün sizlərə bəhs edəcəyimiz Ağdam rayonunun orta təhsil müəssisələrində olan ciddi nöqsanlar, neqativ hallar durmadan çoxalırdı və həmin qanun pozuntulaqrı barədə Təhsil Nazirliyinə edilən çoxsaylı müraciətlər cavabsız qalmaqdaydı. Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Məhəmməd Aslanov adlı əxlaqi və fəaliyyəti kifayət qədər qüsurlu əməkdaşları sayəsində həmin qanun pozuntularının ört-basdır edilməsi cəhdi uğurla baş tuta bilirdi. Bu da yuxarıda da qeyd etdiyimiz kimi, nazirin humanist və bu sahədə səriştəsinin, idarəçilik qabiliyyətinin kifayət qədər olmaması səbəbindən idi. Qısaca olaraq naziri çox asanlıqla aldada bilirdilər. Ağdam RTŞ-yə uzun illər rəhbərlik etmiş Elmira Şükürovanın aylarla boş qalan vəzifəsi sonradan orta təhsil sahəsində ümumiyyətlə heç bir iş təcrübəsi olmayan, rayon təhsilini məhvə sürükləyən bir bağça müdirəsinə həvalə edildi. Elə bunun nəticəsidir ki, iki ildir rayon təhsili “can verir”. Rayonun orta məktəblərinə TŞ ilə bağlanmış həvalə müqaviləsi əsasında rəhbərlik edən çoxsaylı direktorların əksəriyyəti Təhsil Nazirliyi tərəfindən “direktorların imtahanı”nından dəfələrlə kəsilmiş şəxslərdən ibarət olması rayon təhsilinin səviyyəsinin göstəricisidir. Həvalə müqaviləsinin bağlanması üçün TŞ rəhbərliyinin aldığı rüşvət hesabına həmin boş qalmış direktorlar vəzifəsinin vakansiyası üzrə namizədlər barədə TŞ tərəfindən verilmiş “mənfi rəy” bu vəzifələrə imtahanla həmin şəxslərin keçməməsinə bir maneənin, əngəlin təzahüridir. Həmin “mənfi rəy” verilmiş şəxslərin hamısının işlədikləri kollektiv arasında nümunəvi işçi, müsbət xarakterizə olan insan, heç vaxt rəhbərlik tərəfindən “tənbeh” və bu kimi mənfi fəaliyyəti olmayan, bəzilərinin isə dissertant, elmlər namizədi, təhsilin inkişafında müstəsna rol oynamış fəxri titulu, ölkə rəhbərinin sərəncamı ilə ödülləndirilmiş şəxslərin olması həmin “mənfi rəy”in qərəzli və onu verən TŞ müdirəsinin naşılığının, korrupsiyaya bulaşmasının əyani sübutudur. Yəni, Ağdam TŞ müdirəsi vəzifəsini icra etmiş Mətanət Misirxanovanın fəaliyyətinin nəzarətsiz olması səbəbindən rayon təhsili, bunun timsalında Azərbaycan təhsili məhvə doğru iri addımlarla yürüməkdədir…
Əgər Ağdam rayonunun orta təhsil müəssisələrindən birində müəllimin diplomunun saxta olması aşkar olunaraq işdən kənarlaşdırılır və TN Daxili Nəzarət Şöbəsinin əməkdaşı M.Aslanovun tapşırığı əsasında saxta şəkildə-Əmək kitabçasına işə bərba edilməsinə əsas olaraq həmin qrafada M.Aslanovun tapşırığı əsasında edildiyi qeyd edilməklə bərpa olunursa və bu saxtakarlığı həmin əmək kitabçasına yazmaqla, bunu tarixə çevirirlərsə, bu barədə isə vətəndaş şəxsən qəbul zamanı təhsil nazirinə təqdim edirsə, nazirin “bu nə qanunsuzluqdur, bunlar özlərini nazir hesab edir ki, işə müəllim götürürlər” ifadəsini belə, işlətməyi unutmursa və bundan sonra Mətanət Misirxanova ən yaxşı halda işdən şiddətli töhmət almaqla qovulmursa, bu nəzarətsizlik, səriştəsizlik deyil də bəs görəsən nədir? (Həmin saxtakarlığa yol verilərək yazılmış əmək kitabçasının şəklini aşağıda yazının sonunda dərc etmişik)
Rayonun II Yüzbaşılar kəndində yerləşən 69 №-li orta məktəbində ciddi qanun pozuntuları yaşanmaqdadır. Bu məktəbin fəaliyyəti də rayon rəhbərliyinin təhsil sahəsində qurduğu korrupsiya mexanizminin tərkib hissəsidir. Tək ona görə yox ki, məktəbin nömrəsi icra başçısının sevdiyi rəqəmdir, həm də ona görə ki, buranı “potvel məktəb” adlandırmaq olar və bu da böyük həcmdə maliyyə fırıldağıdır. Uşaq sayının olduqca azlıq təşkil etməsi, dərslərin ümumiyyətlə keçirilməməsi, məktəbdə müəllimlərin hələ bir dəfə də olsun tabel kitabının olmamasını dilə gətirməsi, məktəbdə korrupsiya cinayəti hərəkəti kimi qəbul edilən direktorun ailə üzvlərindən ibarət kadr “potensialı”ndan ibarət kollektivi olması bir faktdır. Məktəbin direktoru Ramiz Nadirovun rəhbərlik etdiyi kollektiv aşağıdakılardır:
Turanə müəllimə; Direktor müavini vəzifəsində işləyir (direktorun qızı)
Yeganə müəllimə; sinif müəlliməsi(direktorun həyat yoldaşı)
Sevil müəllimə; İngilis-dili müəlliməsi(direktorun bacısı qızı)
Aidə xanım; texniki işçi (direktorun bacısı)
Sadiq bəy; texniki işçi (direktorun oğlu)
Yeganə müəllimə; sinif müəlliməsi
Zülayə müəllimə; sinif müəlliməsi və həm də qeyri-rəsmi olaraq xadimədir.Sinif müəlliməsinin həm də məktəbdə xadiməlik etməsinin səbəbi faktiki olaraq texniki işçilərin işə çıxmaması “ölü canlı” olması ilə əlaqədardır.Məktəbdə dərs ümumiyyətlə keçirilmir. Dəfələrlə bu məktəbin fəaliyyətinin dayandırılması gündəmə gətirilsə də bildirildiyinə görə, Ağdam Rayon Təhsil Şöbəsində mühim vəzifə sahibi olan Bayram Məmmədov tərəfindən himayə edilməsi səbəbindən və iddiaya görə Cənab Məmmədovun məktəbin direktoru Ramiz Nadirovla bu məktəbi ortaq “işlətdikləri” səbəbindən məktəb bağlanmaq təhlükəsindən kənarda qala bilir. Ən acınacaqlı 4 ibtidai sinfin 2 ibtidai sinif müəllimi olmasıdır. Yəni əslində hər ibtidai sinifin bir müəəlimi olmalıdır. Yəqin ki, kağız üzərində adları olan, faktiki olaraq işə gəlmiyən müəllimlərin dərsini də bu iki müəllim deyir. Yəni burada dərs dedikdə sizlər böyük sinif otaqlarını, çoxsaylı uşaq kontingentini təsəvvür etməyin. Burada hər sinifdə faktiki olaraq 2 ya 3 uşaq olur, bəzən isə heç o da olmur. Bu məktəbdə müəllimlərin dediyinə və araşdırmalarımızın nəticəsinə görə, təşkilatçı, psixoloq, uşaq birliyi təşkilatının rəhbəri və s. yoxdur. Bəlkə də bu kağız üzərində var və digər “ölü canlar”kimi həmin şəxslərində maaş kartları direktorun cibindədir. Burada da rayonun digər bəzi işbaz direktorlarının işlətdiyi fəndi həyata keçirməklə müəllimlərin vakansiyası məqsədli şəkildə gizlədilir. Direktor tərəfindən həyata keçirilmiş ən qanunsuz hərəkətlərdən biri də məktəbdə texnologiya ixtisası üzrə müəllim olduğu halda texnologiya dərsini ibtidai sinif müəlliminə verilməsidir.
Biz bu yazılarımızla əslində milli dövlətçiliyimiz və ölkənin konstision qurluşunun əleyhinə çalışan ünsürlərə, “təhsil terroru”na qarşı mübarizə aparmaqdayıq və ölkənin konstision qurluşunun müdafiəsində şərəflə xidmət edən şəxslərin bu nüanslara biganə qalmayacağına ümidvarıq…Yazdıqlarımız arasında tək bir fakt, dediklərimizdən tək bir həqiqət olmayan məqam ortaya qoysunlar bütün yazdıqlarımızı təkzib etməyə və hələ bununla yanaşı üzr istəməyə də hazırıq. Ancaq biz həqiqəti deyirik və ölkə rəhbərliyinin daxili siyasətinə, dövlətimizin gücünə, dövlət büdcəsini zəiflətməyə çalışan bu çinovniklərin qanunsuzluqlarını ifşa etməkdən, bununla da Milli Dövlətçiliyimizə xidmət etməkdən zövq alırıq. Gələcəyimizin məhvinə çalışan həmin ünsürlərin qanunsuzluqlarına rast gəlincə nə qədər üzüldüyümüzü dilə gətirmək çətin olsa da biz bu mübarizədə haqlı tərəfin yanında-xalqın və dövlətin şərəfilə xidmət edən mühafizəkarlarının yanındayıq…
Mövzu diqqətimizdədir, dərc etdiyimiz yazı istintaq və aidiyyatı qurumların araşdırması üçün əsaslı sayıla bilər…
E.Məmmədli
“Dosye.az”
Tarix: 7-12-2017, 08:56