Cəlilabadın səhiyyəsi metastaz verir. Rayonda tibb sahəsinin səviyyəsi qanqrena kimi kəsilib atılmalıdır
Palitika.Az xəbər verir ki, buna səbəbkar olan Cəlilabadın baş həkimi olan İlham Əliyev Səhiyyə Nazirliyini İrana, Gürcüstana və ABŞ-a güldürür.
Məlumdur ki, bu günlərdə Tiflisin bir klinika rəhbəri Azərbaycan səhiyyəsini ələ salmışdı. Demişdi ki, təkcə Gəncədən taksi şoferləri ona 8 min xəstə gətirir.
Amma xəstələrin Gürcüstana axını Gəncə ilə məhdudlaşmır. Cəlilabaddan da Gürcüstana və ən çox İrana xəstələr gedirlər.
Çünki İ.Əliyevin baş həkim kimi Cəlilabadda yaratdığı sistem ancaq ölümə, xəstənin ağırlaşmasına, səhv diaqnoza və rüşvətə xidmət edir.
Səriştəsizlik üzündən artıq rayonda ana və uşaq ölümlərinin sayı artmaqdadır. Keyfiyyətsiz müalicə məsələsi isə bir ayrı bəladır.
Yeri gəlmişkən xatırladaq ki, İ.Əliyevin gördüyü işlər sayəsində qısa zamanda baş həkimin varlanması da müzakirə mövzusudur. Və onun bu qədər tez zamanda varlanmasının səbəbi isə bir sıra işlərdir.
Belə ki, baş həkim təkcə 2015-ci ildə cari təmir işləri adı altında büdcənin 42 min manatını, əsaslı təmir adı altında isə 54 min manatını “xərcləyib”.
Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkmi dövlətin xəstəxanaya ayırdığı pulsuz dərmanları xəstələrə vermir, özünün bildiyi apteklərdə satdırır.
Siz bu xəstəxanada bir dənə belə pulsuz dərman görməzsiniz. Xəstələrə bütün dərman və lazım olan ləvazimatları pulla öz apteklərindən aldırırlar.
Xəstəxanada özünə sadiq həkimləri yığan baş həkim Mərkəzi Xəstəxanada əsl rüşvət bazarı açıb.
Ən böyük cinayət isə Mərkəzi Xəstəxananın doğum şöbəsində bilərəkdən aparılan qeysəriyyə əməliyyatlarıdır.
Palitika.Az xəbər verir ki, İlham Əliyev o qədər özbaşınalıqla məşğuldur, edilən şikayətlərə də əhəmiyyət vermir. Və deyir ki, ona kimsə heç nə edə bilməz.
Qeyd edək ki, Cəlilabad Mərkəzi Xəstəxanasında xəstələrə pulsuz baxılması qadağandır. Vətəndaş ölsə belə, pulu yoxdursa xəstəxananın həyətinə belə buraxmırlar.
Məsələn, bir müddət əvvəl hərbi xidmət zamanı aldığı xəsarətdən dolayı əli çürəyən, Alar kənd sakini Hikmət Salayev dəfələrlə rayon xəstəxanasına müraciət etsə də, heç bir faydası olmamışdı.
Halbuki rayon Mərkəzi Xəstəxanasının balansında olan maşınlar üçün hər il on minlərlə manat vəsait ayrılır.
Yanacaq və ya ehtiyat hissələrinin pulu şəklində. Amma nə maşınlar saz vəziyyətdədir, nə də onlar üçün ayrılmış pullar təyinatı üzrə xərclənir.
Məlumatlarda vurğulanır ki, İlham Əliyevin tək hədəfi daha çox qazanaraq, özünün biznes imkanlarını genişləndirməkdir. Bu məqsədlə onun bir sıra addımlar atdığı, dükan açdığı, Bakıda özünə obyekt aldığı deyilir.
Nəticədə yüzlərlə cəlilabadlı İrana, Gürcüstana getməli olurlar. Bu da səhiyyə naziri Oqtay Şirəliyevi üç ölkə qarşısında gülünc vəziyyət qoymaqdır.
Bildiyiniz kimi, ABŞ öz vətəndaşlarına Azərbaycan apteklərindən dərman almamağa çağırış etmişdi. Üstəlik, baş həkim hər yerdə bəyan edir ki, prezidentlə adaşdır, ona kimsə bata bilməz.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatında və saytımızda dərc olunan tənqidi materiallarda da tez-tez əks olunur.
Məlumatlarda xəstəxananın baş həkimi İlham Əliyevin yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Bildirilir ki, Cəlilabadın səhiyyə sistemi bu gün olduqca bərbad haldadır.
Belə vəziyyətin yaranmasını isə şikayətçilər birbaşa RMX-nın baş həkimi İ.Əliyevin fəaliyyəti ilə bağlayırlar.
Rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və bunun əsasında həmin şəxslərin qeyri-qanuni pensiya almaları ilə bağlı
Palitika.Az
Tarix: 10-12-2017, 20:24